Deputatlardan Zəfər Günü MESAJLARI

Hazırda oxunan: Deputatlardan Zəfər Günü MESAJLARI

219637

Məlum olduğu kimi, 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

Bizim.Media xəbər verir ki, Milli Məclisin deputatları parlamentin bu gün keçirilən sessiyasında çıxışları zamanı Zəfər Günü ilə bağlı fikirlərini bölüşüblər.

Millim Məclisin sədr müavini Əli Əhmədov çıxışında bildirib ki, Azərbaycan 44 gündə qazandığı möhtəşəm qələbəsi ilə dünyaya haqsızlığa və ədalətsizliyə qarşı mübarizənin uğurlu yolunu göstərdi. Deputat hazırda regionda əmin-amanlıq olduğunu qeyd edib:

“II Qarabağ müharibəsində əldə etdiyimiz qələbənin dünya üçün də böyük əhəmiyyəti var. Bu mübarizə ilə ölkəmiz dünyaya sülh gündəliyinin gətirilməsi imkanlarını göstərdi”.

Deputat Kamal Cəfərov 44 günlük müharibədə əldə edilən qələbə sayəsində bu gün rifah içində böyüyən, müstəqilliyi, zəfəri dadan yeni nəslin yetişdiyini qeyd edib:

“Noyabr təkcə Zəfər salnaməsi deyil, bu torpaqların yenidən dirçəlməsi, Azərbaycan gəncinin bu torpaqda güclü və azad yaşamasının başlanğıcıdır. Azərbaycan gəncliyi bu Zəfəri nəyin bahasına əldə etdiyimizi unutmamalıdır.

Milli Məclisin üzvü Hicran Hüseynova bu tarixin şərəfli olduğunu vurğulayıb:

“Azərbaycan ədalətli mübarizə apararaq uzun müddətli işğala son qoydu. Bütün dünya gördü ki, Azərbaycan xalqı öz məğlubiyyəti ilə barışmadı”.

Deputat Günay Əfəndiyeva Qarabağ Zəfərinin türk dünyasının birləşməsində böyük rolu olduğunu bildirib:

“Azərbaycan qələbəsi ilə təkcə özünün deyil, türk dünyasının zəngin irsini qorumuş oldu. Ötən il Şuşa türk dünyasının mədəniyyət paytaxtı oldu və həmçinin Qarabağda bir neçə türk dünyasına aid tədbirlər keçirilib. Şuşa və ümumilikdə Qarabağ türk dünyasının ciddi platformasına çevrilib”.

Deputat Jalə Əliyeva Zəfər Gününün tarixin ən parlaq səhifəsi olduğunu vurğulayıb:

“Bütün dünya ölkəmizin iradəsini və ədalət prinsipini bir daha gördü. Azərbaycan bölgənin söz sahibidir. Bu faktın özü ölkəmizə dostlar qazandırıb. Amma haqqı qoyub nahaq danışanlar, min bir əngəl çıxarmağa çalışanlar bilsinlər ki, cəhdləri əbəsdir. Biz “Dəmir Yumruq”la hələ çox zəfərlərə, uğurlara imza atacağımıza əminik”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin