Aprel döyüşlərinin iki ili tamam oldu. Xatırladaq ki, hələ ötən il prezident İlham Əliyev Aprel döyüşlərinin hərbi dərsliklərə salınmasının vacibliyini qeyd etmişdir.xa0
Maraqlıdır, bəs Aprel döyüşlərinin orta, yaxud ali məktəb dərsliklərinə salınmasına ehtiyac varmı?
Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa Aprel döyüşlərinin hekayə, yaxud şeir kimi dərsliklərdə əksini tapmasının daha məqsədəuyğun olduğunu vurğuladı:
“Hesab edirəm ki, bu kimi məsələlərin dərsliklər hansı formada salınmasının mükünlüyü müəyən edilməlidir. Bu, yaxın tarixi hadisələrin yer aldığı dərsliklərdə yerləşdirilə bilər. Yaxud da Aprel döyüşləri ilə bağlı hansısa hekayə, məqalə, müəyyən bir mətn yazıla bilər ki, bu da dərslikdə öz əksini tapsın. Adətən, yaxın tarixi hadisələr dərsliklərdə öz əksini illər keçəndən sonra, müəyyən zaman kəsiminin ardından tapır. Bu baxıman hesab edirəm ki, Aprel döyüşlərinin dərsliklərdə öz əksini tapması üçün ən optimal yol onunla bağlı şeyir, hekayə və bu kimi yazıların ədəbiyyatda yer alması ola bilər. Məncə bu, Aprel döyüşlərindəki qəhrəmanlıqların təbliği baxımından daha faydalı olar”.
Seymur Əliyev
































































































