Ermənistanda sorosçuların axırına çıxırlar – ÇEVRİLİŞƏ AZ QALDI

Hazırda oxunan: Ermənistanda sorosçuların axırına çıxırlar – ÇEVRİLİŞƏ AZ QALDI

2194

Bu yaxınlarda Sorosun davamçısı Daniel İoannisyan antirusiya təbliğatına görə, demək olar ki, vətən xaini elan olunub.

Bizim.Media xəbər verir ki, bu barədə xəbərlər Erməni mediasında yayılıb və bu başlıq altında xəbərlər tirajlanır. 

Xəbərlərdə qeyd olunur ki, D.İoannisyan ABŞ Konqresmenlərindən Ermənistanın müstəqilliyinə qovuşması üçün kömək istəyib. 

İoannisyan bu fikirlərinə görə, müxalif media tərəfindən tənqid atəşinə tutulub. 

Politik.am nəşri isə bu gün Dağlıq Qarabağdakı məğlubiyyətdə Sorosun maliyyələşdirdiyi İoannisyan və agentlərini günahlandırıb. Nəşrin məlumatına görə, buna səbəb isə Danielin Ermənistan-Rusiya münasibətlərinin pozmasıdır.

İoannisyan özü isə bu faktı təkzib edərək, heç vaxt anti-Rusiya kampaniyası aparmadığını deyib. O, sadəcə öz ölkəsini tam demokratik bir ölkə kimi görmək istəyini vurğulayıb. Sorosun qulu İoannisyan rusları sevdiyini, Putinin isə demokratik düşüncəli erməniləri sevmədiyini açıqlayıb.

Məğlubiyyətdən narahat olan qüvvələr isə Danieli məntiqsiz adlandırıblar.

Xatırladaq ki, baş nazir Nikol Paşinyanın yürütdüyü siyasət heç də İoannisyanın fikirlərindən fərqli deyil. Anti-Rusiya təbliğatı aparan Paşinyan hakimiyyətə gələn elə llk gündən bu işlə “güclü” məşğul olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin