İlham Əliyev İspaniya Hökumətinin Sədrinə BAŞSAĞLIĞI VERDİ

Hazırda oxunan: İlham Əliyev İspaniya Hökumətinin Sədrinə BAŞSAĞLIĞI VERDİ

218671

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyada baş verən daşqınlarla əlaqədar olaraq, İspaniya hökumətinin sədri Pedro Sançezə başsağlığı verib.

“Hörmətli cənab Sədr,
 

Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.


Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

Qeyd edək ki, İspaniyanın şərqindəki Valensiyada güclü yağış və daşqınlara səbəb olan fırtınadan ölənlərin sayı 140-a çatıb. Daşqınla əlaqədar ispaniyada 3 günlük matəm elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin