"Bunu edən kimi torpaqlarımızı hərbi yolla qaytaracağıq, çünki işğalçı bizə başqa seçim qoymur"

Hazırda oxunan: "Bunu edən kimi torpaqlarımızı hərbi yolla qaytaracağıq, çünki işğalçı bizə başqa seçim qoymur"

218522
Ermənistan MN-nin Baş Qərargah rəisi Movses Akopyan Azərbaycanın hər an müharibə başlaya biləcəyini düz düşünür.xa0
Ermənistan ordusunun hazırlığını Azərbaycanı müharibədən çəkindirici faktor hesab etməsində isə general ya öz əhalisinə təbliğat yapır, ya dar düşüncəsini aşkar edir. Ermənilər "apreldən" bəri yalnız təmas xəttində müşahidə və müdafiə sistemini möhkəmləndirə biliblər. Lakin bu möhkəmləndirmə tədbirləri atəşkəs şəraiti üçün yararlıdır. Ermənistanın bütün iqtisadi və insan resursları ilə belə "apreldən" keçən müddət ərzində ordunu keyfiyyətcə yeni səviyyəyə qaldırmaq mümkün deyil. Bu ilin yanvarında Ermənistan yeni müasir ordu quruculuğu başlamaq üçün 7 illik proqram qəbul edib. Demoqrafik tənəzzül şəraitində müdafiə naziri V.Sarkisyan ermənilər üçün yeni "millət-ordu" nəzəriyəsi düşünüb. Hər ermənidən ordu üçün min dram yığırlar, Sarkisyan sosial şəbəkə vasitəsilə yaralı əsgərlərin müalicəsinə pul toplamaqla və xalqı ordu problemlərinə cəlb etməklə, güya onu "millət-ordu" edəcək...xa0
Azərbaycan ordusu isə 5 illik yenidən silahlanma proqramını bu il tamamlayır. 2016-cı ildən Azərbaycan "4 günlük müharibədə" uğurla sınadığı minlərlə təkcə yüksəkdəqiqli "kamikadze" pilotsuz uçan mərmilər istehsal edib və ordunun silahlanmasına verib. Bütün silah, texnika və vasitələrdə Azərbaycan Ermənistan üzərində tam hərbi-texniki üstünlüyə malikdir.xa0
Hazırlıqsız düşmənin üzərinə hücum döyüş nizamnamələrində uğurun 50%-i hesab olunur. Hazırlıqlı düşmənə hücumda uğur qazanmanın 50%-dən məhrumsan. Ancaq bu faktor hücumdan çəkindirəcək qədər həlledici faktorlara aid deyil. Belə olan halda hücum edən itirdiyi (olmayan) 50% uğur şansını başqa yolla təmin edir, vəssalam. Azərbaycan bunu edən kimi torpaqlarını hərbi yolla qaytaracaq, çünki işğalçı bizə başqa seçim qoymur.
Bu məsələdə M.Akopyan Rusiya faktorunu qeyd etməməkdə də haqlıdır. Güclü ordu ilə qısa zamanda öz ərazi bütövlüyünü bərpa edəcəksənsə, Rusiya və digər xarici faktorlar, vektorlar sonranın işidi, bəzilərini yoluna qoymaq mümkündü, bəzilərinə dözmək mümkündü, bəzilərinə fikir verməmək də olar. Əsas qələbədir - qaliblər mühakimə olunmur!

Nazim Bayramov, Qarabağ Qazisi, hərbi ekspert
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin