Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Hazırda oxunan: Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

218471

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) daşqın nəticəsində həyatını itirənlərlə bağlı İspaniya hökumətinə başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“İspaniyanın Valensiya bölgəsində daşqınlar nəticəsində insanların həyatını itirməsi və fəsadlar bizi dərindən kədərləndirir. Təbii fəlakətlə əlaqədar həlak olanların ailələrinə, eləcə də İspaniya hökumətinə dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin