Zəngəzur dəhlizindən istifadə üçün 3 milyard dollar... – Ekspert AÇIQLADI

Hazırda oxunan: Zəngəzur dəhlizindən istifadə üçün 3 milyard dollar... – Ekspert AÇIQLADI

21846

Xəbər verildiyi kimi Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatdakı müzakirələrində Zəngəzur dəhlizinin açılmasının bütün region ölkələri üçün yeni imkanlar yaradacağını bildirib.

Bizim.Media xəbər verir ki, məsələni “Facebook” hesabında şərh edən millət vəkili, iqtisadçı Vüqar Bayramov Zəngəzur dəhlizinin açılmasının Türk Dünyasının birləşdirilməsi və regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımdan vacib olmaqla yanaşı bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühüm olduğunu vurğulayıb:

“Regionun kifayət qədər iqtisadi potensialı var və bu da regional dəhlizlərin əhəmiyyətini artırır. Daha geniş anlamda region ölkələrdən Türkiyə və Rusiya Böyük İyirmilliyə üzv olan ölkələrdir. İran regionun aparıcı ölkələrindən hesab olunur. Cənubi Qafqazın isə dayanıqlı sülh kontekstində inkişaf prespektivləri yüksək qiymətləndirilir. Söhbət 3 milyard dollarlıq Ümumi Daxili Məhsulu olan region ölkələrinin Zəngəzur dəhlizindən istifadəsindən gedir”.

Deputatın sözlərinə görə Rusiya 1.7 trilyon, Türkiyə 761.4 milyard, İran 454 milyard, Azərbaycan 48.05 milyard, Gürcüstan 17.48 milyard və Ermənistan 13.67 milyard dollarlıq ÜDM-ə malikdirlər:
 

“Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir.


Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Bütün bunlar fonunda, Zəngəzur dəhlizi regionda kommunikasiyalarından bərpasında həlledici layihələrdən hesab olunur. Bölgədə dayanıqlı inkişaf və sülh üçün isə kommunikasiyaların bərpası qaçılmazdır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin