“Danışılmış DÖYÜŞ” – İsraillə İran arasında “müharibə oyunu” BAŞA ÇATDI?

Hazırda oxunan: “Danışılmış DÖYÜŞ” – İsraillə İran arasında “müharibə oyunu” BAŞA ÇATDI?

218154

İsrail keçən həftə sonu nəhayət İrana cavab zərbəsi endirərək, onun hərbi obyektlərinə zərbələr endirdi. Onun bu addımı İranın oktyabrın 1-də İsrailə endirdiyi raket zərbələrinə cavab zərbəsi kimi dəyərləndirilir.

Xatırladaq ki, Təl-Əvivin İsrailin Suriyadakı yüksək rütbəli İran generalını və HƏMAS lideri Haniyəni öldürməsinə İran bu ilin aprelində İsrailə raket zərbələrilə cavab verir. İsrail də öz növbəsində İranın xaricdəki obyektləri və generallarına qarşı mübarizəni daha da gücləndirir.
 

MÖVZU İLƏ BAĞLI:

İsrail İrana zərbələri bu ərazidən endirib


Nəticədə oktyabrın 1-də İran İsrailə növbəti raket zərbələri endirdi. İsrail də buna öz növbəsində cavab verir.

Amma maraqlıdır ki, hər iki tərəfin addımları elə də ciddi nəticələrə gətirib çıxarmayıb. Yəni hansısa ciddi itkilər baş verməyib. Bu da onu deməyə əsas verir ki, İsraillə İran sadəcə olaraq daxili auditoriyaya hesablanmış “danışılmış döyüş” oyunu oynayır.

Görəsən, bu “danışılmış döyüş” taktikası artıq başa çatdımı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politooq Abutalıb Səmədov bildirir ki, növbəti zərbələr də əvvəlkiləri təkrarlasa və məqsəd daxili auditoriyanı sakitləşdirməkdən ibarət olarsa, bu halda tərəflər arasında qırmızı xətləri keçməməklə bağlı əvvəlcədən razılaşma olduğu bəlli olacaq:

“Son dövrlər İranla İsrail arasında baş verənləri “danışılmış döyüş” adlandmaq düzgün olmaz. Bunun üçün ciddi arqumentlər olmalıdır. Ancaq bir şey aydındır ki, hər iki dövlət müəyyən qırmızı xətləri keçməməyə çalışır. Daxili auditoriyanı sakitləşdirmək üçün raket hücumları həyata keçirilir, amma bununla yanaşı qırmızı xətlər də gözlənilir.

İran İsrailə raket zərbələri endirdi. Bunu əvvəlcədən elan etməklə İsrailə hazırlaşmaq üçün kifayət qədər imkan yaratdı. Nəticədə İranın raket hücumları demək olar elə də ciddi nəticə vermədi. İsrail də əvvəlcə cavab tədbirləri görəcəyini deyəndən və xeyli müddət hazırlıq görəndən sonra İrana cavab zərbəsi endirdi. İddia olunur ki, nəticədə İranın müdafiə qüdrətinə ciddi zərbə vurulub. İran isə əksini iddia edir.

Bundan əvvəl, Tehran bəyan etmişdi ki, İsrail cavab zərbəsi endirsə, ona dəhşətli əks zərbələr vuracaq.

İran həqiqətən də İsrailə növbəti cavab zərbəsi vursa və bu özünün də elan etdiyi kimi daha ciddi nəticələrə gətirib çıxarsa, etiraf edə bilərik ki, ortada “danışılmış döyüş” yoxdur. Amma bu növbəti zərbələr fonunda ciddi nəticələr olmasa və hər iki tərəfdən məqsəd sadəcə daxili auditoriya və müəyyən qüvvələri sakitləşdirməkdən ibarət olarsa, onda iddia etmək olar ki, tərəflər arasında hansısa qırmızı xətləri keçməməklə bağlı əvvəlcədən razılaşma olub”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin