Ermənilər Gürcüstanda yeni münaqişə ocağı yaradır

Hazırda oxunan: Ermənilər Gürcüstanda yeni münaqişə ocağı yaradır

2180

Gürcüstanda bütün sərhəd boyu müqavimətlə rastlaşan ermənilər, ölkənin müxtəlif yerlərində təxribat törətməklə məşğuldurlar. Xüsusilə Cavaxetiya bölgəsində yerli ermənilərlə gürcülər arasında qarşıdurmalar adi hal alıb. Onlar həm də azərbaycanlılara qarşı təbliğat apararaq, türklər Ermənistanla məsələni bitirib sonra Gürcüstana hücum edəcəklər, deyirlər.

Suxumi Universitetinin professoru, tarixçi alim Quram Marxuliya Bizim.Media-ya verdiyi açıqlamada bildirir ki, ermənilər gürcülərin Azərbaycana dəstək olmasını həzm edə bilmirlər.

Onlar Rusiyadan Ermənistana gedən silah-sursatı buraxmamaqda gürcüləri suçlayır, söyüb təhqir edirlər:

“Amma gürcülər yaxşı bilirlər ki, ermənilərin Samsxe-Cavaxetiyada gözü var. Hətta bu yaxınlarda baş nazir Paşiniyan tərəfindən də bu, etiraf edilmişdi. O sosial şəbəkədə Samsxe-Cavaxetiyanı Ermənistanın torpağı kimi işarələyərək “Cavax” yazmışdı”. Ekspert bildirir ki, bu yaxınlarda Samtsxe Cavaxeti bölgəsində yerləşən Qoman kəndindəki abidəni ermənilər qəsdən dağıdıblar:

“Surb Qriqor Lusavoriç” erməni kilsəsi gürcü kilsəsinin fundamenti üzərində tikilib:

“Ermənilərin özləri həmin kilsəni bərpa etmək adı altında erməniləşdiriblər. İndi isə məbədi qəsdən və məqsədyönlü şəkildə uçururlar.Bu, gürcü kilsələrinin ermənilər tərəfindən mənimsənilməsi, ermənilərin bu ərazilərdə məskunlaşması tarixini təhrif etmək məqsədi daşıyır”.

Tarixçi alim deyir ki, Rusiyanın Axalkalakidə yerləşən bazası Gürcüstandan çıxarıldıqdan sonra ermənilər bu qədər aktiv olmamışdılar. İndi müxtəlif yerlərdə Tbilisinin erməni şəhəri olması, Cavaxetiyanın öz əraziləri kimi göstərərək, hətta Batumuyə də əl atırlar. Quram Marxuliya qeyd edir ki, bütün bunlar iki millət arasında kifayət qədər ciddi qarşıdurmaya gətirib çıxarıb:

“Gürcüstan televiziyaları son vaxtlar ermənilərin ərazi iddiaları ilə bağlı açıq danışmağa başlayıblar. Tarixçilər də gürcü xalqına bəzi mətləbləri açıq başa salırlar:

“Sosial şəbəkələrdə “xristian qardaşlığı deyib, hansı xəyanətlərə əl atırsınız yaxşı bilirik”, “Abxaziyada vuruşan Baqramyan batalyonunun bir gündə 7000 gürcünü güllələdiyini, qadınlarımıza avtomobil təkəri geydirərək yandırdığınızı, insanların başını kəsib top kimi oynatdığınızı, uşaqlarımıza işgəncə verdiyinizi unutmamışıq”, kimi paylaşımlar, şərhlə verilməkdədir”.

Gürcülər həmçinin, ermənilərə Daşnaqsütün partiyasının “Tbilisi bizimdir, siz Kutaisə köçün” deyərək Tbilisidə törətdikləri qətlləri, Azərbaycan və Gürcüstan torpaqlarını alıb özlərinə dövlət yaratdıqlarını xatırladırlar.

Gürcülər həmçinin ermənilərin Azərbaycan xalqına qarşı etdikləri vəhşilikləri ictimaiyyətə çatdırır.

Gürcüstanın report.ge, interpressnews.ge, apsny.ge, 24news.ge, aktual.ge və digər bir çox nüfuzlu informasiya portalları Ermənistan ordusunun Azərbaycanın dinc əhalisini, şəhər və kəndlərini raket və top atəşinə tutmağı barədə oxuculara mütamadi olaraq məlumatlar verir.

Təranə Mirzəyeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin