Slovakiya Prezidenti Peter Pelleqrini bir neçə gündən sonra Azərbaycana səfər edəcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Pelleqrini Azərbaycana səfər planları barədə Almaniyada jurnalistlərə açıqlamasında bildirib.
Pelleqrini qeyd edib ki, Bakıda keçiriləcək danışıqlarda o, Slovakiyanın enerji təhlükəsizliyinin gücləndirilməsi məsələlərini müzakirə etməyi planlaşdırır:
"Mən bir neçə gündən sonra Azərbaycana gedəcəyəm, orada Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüm olacaq. Mən Slovakiyanın enerji təhlükəsizliyini təmin etmək üçün bir yol tapmaqda maraqlı olduğunu təsdiq etmək istəyirəm".
O, Azərbaycana qarşıdakı səfərini Almaniya kansleri Olaf Şolts ilə müzakirə edib.
Bizim.Media