Azərbaycan və Braziliya XİN rəhbərləri Kazanda regional məsələləri müzakirə etdilər - FOTO

Hazırda oxunan: Azərbaycan və Braziliya XİN rəhbərləri Kazanda regional məsələləri müzakirə etdilər - FOTO

217473

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın Kazan şəhərində keçirilən BRICS Zirvəsi çərçivəsində Braziliya Federativ Respublikasının xarici işlər naziri Mauro Vieira ilə görüşüb.

Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Braziliya arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq istiqamətləri, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub.

İki ölkə arasında mövcud siyasi dialoqun daha da inkişaf etdirilməsi istiqamətində qarşılıqlı səfər və təmasların artırılmasının əhəmiyyəti qeyd olunub.

Ölkələr arasında keçirilən siyasi məsləhətləşmələrin əməkdaşlıq imkanlarının müzakirəsi baxımından faydalı olduğu diqqətə çatdırılıb.

Azərbaycan və Braziliya arasında mövcud ticarət dövriyyəsinin əməkdaşlığın daha da dərinləşdirilməsi üzrə prioritetlərə uyğun olmadığı, bu xüsusda iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində mövcud imkanlardan istifadə olunmasının vacibliyi qeyd edilib.

COP29 çərçivəsində aparılan danışıqlar prosesi, irəli sürülən sədrlik təşəbbüsləri və prioritetləri, habelə hazırlıq işlərinin vəziyyəti barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov COP sədrliklərinin Üçlüyü (“Troika”) formatında əməkdaşlığın prosesin davamlılığının təmin olunması istiqamətində əhəmiyyətini vurğulayıb.
 

COP29 sədrliyimizin əsas prioritetlərindən biri olan iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə vəsaitlərinin cəlbi istiqamətində əhəmiyyətli tərəqqinin əldə olunmasına dair ümidvarlıq ifadə edilib.


Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin