Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gedib. Onu Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov qarşılayıb.
Bizim.Media xəbər verir ki, görüş zamanı Azərbaycan lideri Kazanda BRİKS sammitinə ev sahibliyi etməsi münasibətilə Tatarıstanı təbrik edib.
Tatarıstanın rəhbəri Rüstəm Minnixanov Bakıya səfərlərini hərarətlə xatırladığını deyib:
"Sevindirici haldır ki, respublikalarımız arasında əsası Mintimer Şaripoviç Şaymiyev və Heydər Əliyeviç Əliyev tərəfindən qoyulmuş möhkəm əlaqələr uğurla inkişaf edir".
Görüşün sonunda Minnixanov İlham Əliyevə “Dostluq” ordenini təqdim edib.
Azərbaycan Prezidenti ona göstərdiyi diqqətə və belə yüksək mükafata görə minnətdarlığını bildirib.
Bizim.Media