Azərbaycan ÜDM həcminə görə bu ölkələri qabaqladı - FOTO

Hazırda oxunan: Azərbaycan ÜDM həcminə görə bu ölkələri qabaqladı - FOTO

217287


Son 5 ilin yanvar-sentyabr aylarında ÜDM istehsalı üzrə ən yüksək nəticə 2022-ci ilin ilk 9 ayında qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilində göstərilib.

Bildirilib ki, həmin ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM istehsalı 98 077,8 milyon manata bərabər olub və bu, əvvəlki ilin ilk 9 ayı ilə müqayisədə 56% və ya 35 200,4 milyon manat təşkil edib.

2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə ÜDM istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,5% və ya 1 340,1 milyon manat artaraq 92 829,5 milyon manata çatıb. Ötən ilin ilk 9 ayında bu göstərici 91 489,4 milyon manata bərabər olub. Cari ilin yanvar-sentyabr aylarını 2020-ci ilin həmin dövrünə aid rəqəmlər ilə müqayisə etdikdə, Azərbaycanda ÜDM istehsalının 78,3% və ya 40 755,5 milyon manat artdığını görə bilərik.


Yuxarıdakı rəqəmlərə uyğun olaraq, ölkədə adambaşına düşən ÜDM göstəriciləri üzrə ən yüksək hədd məhz 2022-ci ilin ilk 9 ayında qeydə alınıb. Belə ki, həmin dövrdə Azərbaycanda adambaşına düşən ÜDM istehsalı 9748,9 manat təşkil edib və bu ondan əvvəlki ilin ilk 9 ayı ilə müqayisədə 55,3% və ya 3469,9 manat çox olub.

2024-cü ilin yanvar-sentyabr aylarında adambaşına düşən ÜDM istehsalı 1% və ya 87,4 manat artaraq 9102,9 manat təşkil edib və bu rəqəm 2020-ci ilin eyni dövrü ilə müqayisədə 74,3% və ya 3880,4 manat çoxdur.


Cari ilin yanvar-sentyabr aylarında “Sənaye” sahəsi üzrə ÜDM istehsalı 34 444,9 milyon manat təşkil edib. Hesabat dövründə “tikinti” sahəsi üzrə ÜDM istehsalında 16,5%, “nəqliyyat və anbar təsərrüfatı” sahəsi üzrə 14%, informasiya və rabitə sahəsi üzrə 12,7% artım qeydə alınıb. Ən az ÜDM istehsalı isə “informasiya və rabitə” sahəsinin payına düşüb. 2024-cü ilin ilk 9 ayında bu sahə üzrə ÜDM istehsalı 1 632,0 milyon manat təşkil edib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7% və ya 184,5 milyon manat çox deməkdir.


Rəsmi rəqəmlərə əsasən, cari ilin yanvar-sentyabr aylarında qeyri neft-qaz sektoru üzrə ÜDM istehsalının payı ümumi ÜDM istehsalında artaraq 66,14% təşkil edib. Daha ətraflı desək, 2023-cü ilin ilk 9 ayında bu sahə üzrə ÜDM istehsalı 56 602,5 milyon manat idisə, cari ilin ilk 9 ayında bu göstərici 8,5% və ya 4 790,5 milyon manat artaraq 61 393,0 milyon manata bərabər olub.

Qeyri neft-qaz sektorunda qeydə alınan artım nəticəsində neft-qaz sektoru üzrə ÜDM istehsalının payı ümumi ÜDM istehsalında azalaraq 33,86% təşkil edib. Bundan başqa, neft-qaz sektoru üzrə ÜDM istehsalı da 9,9% və ya 3 450,4 milyon manat azalaraq 31 436,5 milyon manata enib.


Hər üç ölkənin Dövlət Statistika Komitələrinin açıqladığı rəsmi rəqəmlərə əsasən, cari ilin yanvar-iyun aylarında ÜDM istehsalı üzrə ən yüksək rəqəm Azərbaycanda (35,0 milyard dollar) qeydə alınıb. I yarımildə Gürcüstanda ÜDM istehsalı 15,2 milyard dollara bərabər olub. Ermənistanda isə ilk 6 ayda ÜDM istehsalı 10,7 milyard manat təşkil edib.

Nəticədə ÜDM həcminə görə Azərbaycan cari ilin I yarısında Gürcüstanı 2,3 dəfə, Ermənistanı isə 3,3 dəfə qabaqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin