Qərb Gürcüstanda təxribat planına START VERDİ – Qonşu ölkə tarixi seçim QARŞISINDA

Hazırda oxunan: Qərb Gürcüstanda təxribat planına START VERDİ – Qonşu ölkə tarixi seçim QARŞISINDA

217085

Seçkilər yaxınlaşdıqca, Gürcüstanda siyasi vəziyyət daha da kəskinləşir. Hazırda bu ölkədə hakimiyyətlə qərbpərəst qüvələr arasında qalib gəlmək uğrunda olduqca amansız mübarizə gedir. Qərb isə Gürcüstanda hakimyyət dəyişikliyinə nail olmaq üçün artıq təxribat planına start verib.

Tbilisidə müxalifət, qeyri-hökumət, eləcə də vətəndaş cəmiyyəti təşkilatları parlament seçkilərinə 6 gün qalmış“Gürcüstan Avropa İttifaqını seçir” adlı mitinq keçiriblər. Onlar yürüş edərək Azadlıq meydanına toplaşıb. Aksiya iştirakçıları Gürcüstanın və Aİ-nin himnini səsləndiriblər.

Gürcüstan Prezidenti Salome Zurabişvili də müxalifətin mitinqində iştirak edib.

Prosesin gedişi onu deməyə əsas verir ki, Cənubi Qafqazın bu ölkəsində seçki ərəfəsi, xüsusən də seçkilərdən sonra ciddi qarşıdurmalar baş verə bilər. Hətta bir çox ekspertlər vətəndaş müharibəsinin baş qaldıra biləcəyini də istisna etmir.

Görəsən, Gürcüstanda baş qaldıran bu dəfəki etirazlar necə yekunlaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirir ki, hazırkı Gürcüstan hökuməti ölkədə xaos yaradacaq cəhdlərin qarşısını müvafiq tədbirlər görməklə alacaq:

“Gürcüstanda bu ərəfədə etiraz dalğasının baş qaldıracağı onsuz da gözlənilirdi. Xarici agentlər haqqında qanun qəbul olunan zaman da, davamlı küçə etirazlarının şahidi olduq. Çünki bu qanun layihəsi Qərbin Gürcüstanda təsir imkanlarının əlindən çıxmasına gətirib çıxarırdı. Bu səbəbdən həmin etirazlar da Qərb tərəfindən təşkil olunurdu.

Gürcüstanda 25 minə qədər sərf Qərbdən gələn maliyyə əsasında fəaliyyət göstərən QHT-lər var. Bu da orta hesabla 100 mindən çox əhalini əhatə etmək deməkdir. Onlar vasitəsilə də Qərb Gürcüstan hakimiyyətinə təsir edə bilirdi. Yəni Gürcüstanda Qərb tərəfindən idarə olunan kütlə var. Bu da sözsüz ki, hər bir suveren ölkə üçün təhlükədir. Kənar təzyiqlər, daxili işlərə qarışmaq cəhdləri sağlam siyasi rejimlər üçün qəbulolunmazdır”.

Həmsöhbətimiz qeyd edir ki, məhz bu təsir alətinin əldən çıxması Qərbi qıcıqlandırıb:

“Nəticədə Gürcüstan hakimiyyətində təmsil olunanlara qarşı sanksiyalar tətbiq edildi. Həftə sonu Gürcüstanda parlament seçkiləri keçiriləcək. Qərb də bu seçkilərə Gürcüstanda vəziyyəti dəyimək imkanı kimi baxır. Elektoral proseslər zamanı bu və ya digər ölkələrdə rejim dəyişikliyinə cəhdlər edilə bilər. Hesab edirəm ki, Gürcüstanda da Qərb belə bir cəhdə əl atacaq. Artıq etiraz aksiyalarına start da verilib. Hakim dairələr də belə bir ehtimalı nəzərdən keçirirlər. Bilirlər ki, seçki prosesindən ölkə üçün təhlükəli olacaq məqsədlər üçün də istifadə oluna bilər”.

Ekspert düşünür ki, Gürcüstan hakimyyəti bütün bunları nəzərə alaraq  öncədən tədbirlər də  görüb:

“Bu tədbirlərdə də məqsəd ölkə əleyhinə  olacaq belə cəhdlərin nəticə verməsinə əngəl olmaqdır. Etiraz aksiyaları olacaq.  Ancaq onun nəticə verməməsi üçün hökumət tərəfindən də müvafiq tədbirlər görüləcək”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin