Martın 12-də, saat 11:00-da “Cümhuriyyət İli” çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda elmi konfrans keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri Nazim Xəlilovun Moderator.az-a verdiyi məlumata görə, konfransın təşkilatçıları institut və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzidir.
Tədbir Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində (Əlaqə: 012 561 12 17) keçiriləcək.
Xatırladaq ki, mərkəz Bakı şəhəri, Nərimanov rayonu, Hüseyn Arif küçəsi 20 (Teymur Əliyev küçəsi ilə kəsişmə) ünvanında yerləşir.

































































































