Xarici işlər naziri Ceyhun Bayramov son günlər Azərbaycan-Ermənistan dövlətin sərhəd ərazisində baş verən gərginliyə münasibət bildirib.
XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, nazir Azərbaycanın öz ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirdiyini və bu prosesin tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirildiyini qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan sərhədçiləri erməni təxribatçılarını "İTİ QOVAN KİMİ" qovdular - VİDEO
XİN başçısı bu məsələnin Ermənistan tərəfindən siyasiləşdirildiyi, bu kimi fikir ayrılıqlarının danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayıb.
Bizim.Media