Hikmət Hacıyev: "Ermənistan Gəncəyə edilmiş raket hücumlarını araşdırmalıdır" - VİDEO

Hazırda oxunan: Hikmət Hacıyev: "Ermənistan Gəncəyə edilmiş raket hücumlarını araşdırmalıdır" - VİDEO

216431

"Beynəlxalq Cinayət Məhkəməsinin üzvü kimi Ermənistan 2020-ci ildə Gəncəyə edilmiş raket hücumlarını araşdırmalıdır".

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə yazıb.

"17 oktyabr 2020: Gəncəyə ikinci ən ölümcül ballistik raket hücumu olub. Ermənistanın ballistik raket hücumları ilə dinc sakinləri qətlə yetirməsi təsadüf və ya yan təsir deyil, məqsədyönlü terror və qətl siyasətidir.

Beynəlxalq Cinayət Məhkəməsinin üzvü kimi Ermənistan bu hərbi cinayətləri araşdırmalıdır", - o qeyd edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin