Rusiya Ermənistan - Azərbaycan sərhəd məsələsində vasitəçi ola bilər - Lavrov

Hazırda oxunan: Rusiya Ermənistan - Azərbaycan sərhəd məsələsində vasitəçi ola bilər - Lavrov

21581

Rusiya Ermənistanla Azərbaycan arasında sərhəd demarkasiyası məsələlərinin müzakirəsində vasitəçi ola bilər. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov çərşənbə günü Düşənbədə tacik həmkarı Sirojiddin Muhriddin ilə keçirdiyi mətbuat konfransında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İran Ermənistan üçün hansı planları hazırlayır? – İRƏVANIN XAHİŞİ 


Lavrovun qeyd etdiyi kimi, KTMT Xarici İşlər Nazirləri Ermənistanın Zəngəzur mahalındakı (Sünik) vəziyyətlə bağlı tələbini dünən müzakirə ediblər.

"Demək istəyirəm ki, KTMT Xarici İşlər Nazirlərinin işinə qeyri-rəsmi formatda başladıq. Təşkil olunan görüşdə erməni həmkarlarımızın xahişinə baxdıq, İrəvan və Bakı arasındakı vəziyyəti müzakirə etdik”, deyə rusiyalı nazir bildirib.

Lavrovun sözlərinə görə, Rusiya bu məqsədlə məsləhətçi və vasitəçi kimi Moskvanın iştirak edə biləcəyi ortaq bir Ermənistan-Azərbaycan komissiyası yaratmaq təşəbbüsü ilə çıxış edib, sərhədlərin delimitasiyası və demarkasiyasına kömək etmək təklifini irəli sürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin