İqor Korotçenko: “Paşinyanın təklif etdiyi sülh müqaviləsi deyil, kağız parçasıdır”

Hazırda oxunan: İqor Korotçenko: “Paşinyanın təklif etdiyi sülh müqaviləsi deyil, kağız parçasıdır”

215683

“Paşinyan indi Qərb dövlətlərinin xeyrinə oynayır. O, Azərbaycanla Vaşinqtonda, Brüsseldə və ya Parisdə sülh müqaviləsi imzalamaq istəyir. Amma o, qəti şəkildə Rusiya ərazisində danışıqlar aparmaq və heç nəyə imza atmaq istəmir, daha doğrusu, heç nəyə imza ata bilmir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Rusiya mətbuatına açıqlamasında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Korotçenkodan XƏBƏRDARLIQ – “Qərb Ermənistanı silahlandırmaqla revanşa hazırlayır”


O bildirib ki, Ermənistanın baş naziri Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesinə verdiyi bütün böyük töhfəni ləğv etmək istəyir:

“Eyni zamanda o, gileylənir ki, rus məmurları Zəngəzur dəhlizi ilə bağlı onun üçün xoşagəlməz düsturlardan istifadə edirlər. Baxmayaraq ki, Rusiya FSB-nin Zəngəzur dəhlizinə nəzarətdə iştirakı fakt və öhdəlikdir. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 9-cu bəndində hər şey açıqlanıb.

Eyni zamanda, biz Ermənistanın Baş nazirinin Azərbaycanla qısaldılmış formada, yalnız Bakı ilə razılaşdırılmış məqamları əhatə edən sülh sazişini imzalayacağı fikrini irəli sürməyə davam etdiyini görürük. Azərbaycan qəti şəkildə bunun əleyhinədir və deyir ki, “yox, tam hüquqlu, tam formatlı saziş imzalamaq lazımdır”. İmzalanmanın şərti isə bütün təqdim olunan maddələrin istisnasız olaraq təsdiqidir. 

Beynəlxalq təcrübəyə əsasən, sülh müqaviləsinin aralıq deyil, tam hüquqlu versiyası imzalanmalıdır. Paşinyan təklif etdiyi sülh sazişinin imzalanmasına yalnız Ermənistanın maraqlarına xidmət edir. Bu ona görə edilir ki, gələcəkdə başqa məqamlar üzrə razılaşmalar prosesi daha 30 il müzakirə olunsun və istənilən zaman sülh sazişinin pozulmasına şərait yaransın. Bu isə sadəcə hiylələgərlikdir”.

Paşinyan təlaşa düşür

Rusiyalı politoloq daha sonra əlavə edib ki, sülh müqaviləsi imzalamaq üçün Azərbaycan haqlı olaraq beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistandan Azərbaycan Respublikasına qarşı ərazi iddialarını Konstitusiyasından çıxarmağı tələb edir: 
 

“İlham Əliyev MDB sammiti çərçivəsində mətbuatın tezliklə sülh müqaviləsinin olub-olmayacağı ilə bağlı suallarını cavablandırarkən açıq şəkildə bildirdi ki, bütün bunlar Ermənistanın Bakının ədalətli tələbini nə qədər tez yerinə yetirəcəyindən asılıdır. Paşinyan isə təlaşa düşür.


Ermənistanın Baş nazirinin imzalamağı təklif etdiyi şey sülh müqaviləsi deyil, bu, Ermənistan hökumətinin başçısının və ya Ermənistan hakimiyyətindən hər hansı birinin gələcəkdə sülh müqaviləsi adlandıracağı bir kağız parçasıdır. 

Lakin belə ola bilməz. 

Çünki bu, qüsurlu olacaq və Ermənistana bir ölkə kimi təxribat xarakterli manevrlər həyata keçirməyə və Bakının təsdiq etdiyi sənədlərə yenidən baxmağa imkan verəcək. Ona görə də yalnız Azərbaycanın formalaşdırdığı beş əsas prinsipə əsaslanan hüquqi cəhətdən qüsursuz saziş Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün real əsas ola bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin