Maskın fobiyası, Harrisin İRONİYASI... - ABŞ-da pedofillər siyasi olimpin ZİRVƏSİNDƏ

Hazırda oxunan: Maskın fobiyası, Harrisin İRONİYASI... - ABŞ-da pedofillər siyasi olimpin ZİRVƏSİNDƏ

215558

ABŞ-da prezident seçkilərinə bir aydan az müddət qalıb. Seçki günü yaxınlaşdıqca təkcə siyasi mübarizələr yox, həm də emosiyalar qızışır. Məsələn, amerikalı milyardar İlon Mask məşhur jurnalist Taker Karlsona verdiyi müsahibəsində ABŞ-da qarşıdan gələn prezident seçkisi ilə bağlı səs-küylü bəyanatlar verib.

Milyarder demokratların namizədi Kamala Harrisi “marionet” adlandırıb:

"Heç kəsin Kamalanı öldürməyə çalışmadığı barədə zarafatyana paylaşım etmişdim, sonra sildim. Bununla (Kamala Harrisi öldürməklə) nəyə nail olmaq olar? Başqa bir kukla gələcək".
Maskın sözlərinə görə, amerikalı milyarderlərin bir qismi demokratların namizədi Kamala Harrisi ona görə dəstəkləyir ki, Trampın qalib gələcəyi təqdirdə mərhum maliyyəçi, pedofilliyə görə məhkum edilmiş Ceffri Epşteynin müştəri siyahısının açıqlanacağından qorxurlar.
 

MÖVZU İLƏ BAĞLI:

Mask: “Kamala Harrisin qələbəsi ABŞ-ın sonu olacaq”


"Kamalanın arxasında duran bu milyarderlərin bəziləri belə bir nəticədən dəhşətə gəliblər", - deyə "X"in sahibi vurğulayıb.

Mask xüsusilə "LinkedIn"in qurucusu Rid Hoffman və milyarder Bill Qeyts kimi məşhur şəxslərin narahatlığını qeyd edib.

Kimlər uşaqbazlığı təşviq edir?

Maraqlıdır ki, ABŞ-ın siyasi elitasnda pedofillər kifayət qədər təmsil olunur. Onlar əsasən Demokratlar Partiyasının təmsilçiləridir. Məsələn, pedofiliyanı müdafiə edənlər arasında Barak Obama, Hillari Klinton, Corc Soros, aktyor Tom Hens, teleaparıcı Elen Ceners və digər tanınmış simalar var. Bundan başqa ABŞ Konqresində pedofiliyanı müdafiə və təşviq edən xeyli sayda demokrat var. 

Onlardan biri də konqresmen Keti Porterdir. Bu yaxınlarda o televiziya ilə çıxışında pedofiliyanı cinayət deyil, “kimlik növü” adlandırıb. Onun həmkarı, demokrat senator Makela Kavanag isə əmindir ki, Amerikanın transgender insanlara ehtiyacı var. 

Amma bütün hallarda demokrat konqresmen Keti Porterin açıqlamaları sosial şəbəkələrda daha çox narahatlıq doğurub. O davamlı şəkildə iddia edir ki, bu “uşaqlara cazibə” “şəxsi identifikasiya növü” və “oriyentasiya”dan başqa bir şey deyil.

“QAnon hərəkatı”

Bu gün təkcə İlon Mask yox, çoxları inanır ki, hətta bütün dünyadakı pedofil sektantları ABŞ-dan idarə edilir. Hətta bununla bağlı “QAnon hərəkatı” mövcuddur. 

Bəzi ekspertlər hesab edir ki, Donald Trampa qarşı təşkil edilən son sui-qəsdlərin arxasında “QAnon hərəkatı” dayanır. Tədqiqatçılar hesab edir ki, 2 il əvvələ nisbətən hazırda “QAnon”-u dəstəkləyən amerikalıların daha çoxdur.

Qeyd edək ki, “QAnon hərəkatı” ABŞ-da  2017-ci ildə fəaliyyətə başlayıb və pandemiya zamanı daha sürətlə böyüyüb. Nəticədə 2020-ci ilin payızında bu hərəkat Donalt Trampın ikinci dəfə prezident seçilməsinin qarşısını aldı. Bu hərəkatın ideyaları nüfuzlu şəxslər tərəfindən yayılır.

Daha bir qorxunc fakt

ABŞ-də insan alveri, cinsi təcavüz və seks toplantılarının təşkili ittihamları ilə həbs edilən məşhur reper Diddi (əsl adı Şon Kombs) nəzarət altında olsa belə, musiqi sənayesində bir çoxları arasında qorxu yaratmağa davam edir

Hətta belə iddialar var ki, Diddinin adı dustaqlar arasında olsa da o azadlıqdadır və onun şəxsi təyyarəsini Malayziyada görənlər də olub. 

Bütün bunlarsa onu sübut edir ki, ABŞ-ın siyasi elitasında insan alverini, cinsi təcavüzü və pedofiliyanı təşviq edən xeyli fenomenlər var. Onların iştirakı ilə Amerikada və digər ölkələrdə tez-tez seks toplantıları təşkil edilir.

İlon Maskın qorxuları

Təbii ki, insanlığa ləkə olan belələrinin dünyanın supergücünün ən yuxarı eşolonunda təmsil olunması çox ciddi narahatlıq yaradır. Təsadüfi deyil ki, İlon Mask hesab edir ki, pedofiliyanın dəstəkçisi olan demokratların nümayəndəsi  Kamala Harrisin 2024-cü il seçkisində qələbəsi ABŞ tarixində son azad seçki ola bilər. 

Milyarderin fikrincə, növbəti 4 il ərzində demokratlar milyonlarla qeyri-qanuni immiqranta vətəndaşlıq verməyi planlaşdırırlar. Maskın sözlərinə görə, demokratlar bu miqrantları məqsədyönlü şəkildə seçkidə tərəddüd edən ştatlara yerləşdirərək, gələcək bütün seçkilərdə özlərinə qələbəni təmin etməyi hədəfləyirlər.

İlon Maskın özü açıq şəkildə Donald Trampın namizədliyini dəstəkləyir. 

Bunun əsas səbəblərindən biri ABŞ Ədliyyə Nazirliyinin Maskın "SpaceX" şirkətinə qarşı qeyri-qanuni miqrantları işə götürməkdən imtina etdiyinə görə açdığı məhkəmə işi olub.

Bəli, bir aydan sonra dünya yeni və daha bir dövrün başlanğıcına şahidlik edə bilər. Bəlkə də pedofiliya ABŞ-ın xarici siyasətinin əsas qolu ola bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin