Peskov: “Rusiya Ermənistan və Azərbaycanın işlərinə qarışmır” - VİDEO

Hazırda oxunan: Peskov: “Rusiya Ermənistan və Azərbaycanın işlərinə qarışmır” - VİDEO

215190

“Rusiya tərəfi Azərbaycan və Ermənistanın işlərinə qarışmır”.

Bizim.Media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “İzvestiya”nın sualını cavablandırarkən deyib. 

O, İlham Əliyev və Nikol Paşinyanın MDB-yə üzv ölkələrin dövlət başçıları şurasının iclasında yan-yana oturması faktını şərh edərkən qeyd edib ki, MDB ölkələrinin başçılarının həmişə bir masa arxasında otururlar.

“Azərbaycan və Ermənistan tərəfləri bu və ya digər şəkildə MDB çərçivəsində dialoqu davam etdirirlər. Lakin qalanı - ikitərəfli münasibətlər artıq bizlik deyil, bu, onların suveren səlahiyyətidir”, - Kreml rəsmisi vurğulayıb.

Peskov qeyd edib ki, Rusiya tərəfi hər iki ölkə ilə danışıqlar aparır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin