“Ermənistan İranla eyni şərtlər əsasında Azərbaycan tərəfinə Naxçıvana nəqliyyat marşrutu verməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında deyib.
MÖVZU İLƏ BAĞLI:
Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib, İlham Əliyev iclasda iştirak edib
Paşinyan qeyd edib ki, İrəvan sərhədləri qarşılıqlı əməkdaşlıq, bərabərlik, tərəflərin suverenliyinə hörmət prinsipləri çərçivəsində bəzi nəzarət prosedurlarını sadələşdirməklə, açmaq istəyir və buna hazırdır:
“Ermənistan ərazisindən tranzitin təhlükəsizliyi İrəvanın öhdəliyidir və biz bu təhlükəsizliyə zəmanət veririk”.
O qeyd edib ki, İrəvan öz ərazisində bütün kommunikasiyaları açmağa, nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin tikintisini təmin etməyə hazırdır: “Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan regional kommunikasiyaların açılmasını istəyir və biz öz ərazimizlə nəqliyyat əlaqələrini təmin etməyə hazırıq, lakin İranın təmin etdiyi şərtlərlə”, - Paşinyan əlavə edib.
Bizim.Media