Putin Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunması qərarını TƏSDİQLƏDİ

Hazırda oxunan: Putin Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunması qərarını TƏSDİQLƏDİ

215181

"Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq".

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında bir daha təsdiqləyib.

"Biz hər il MDB-nin mədəniyyət paytaxtını seçirik və o, bütün ölkələrimizin vətəndaşlarının böyük marağına səbəb olan parlaq, yaradıcı və humanitar tədbirlərin mərkəzinə çevrilir. Hazırda mədəniyyət paytaxtı Səmərqənddir. Təklif olunan qərar layihəsinə uyğun olaraq, gələn il estafeti Azərbaycanın Laçın şəhəri qəbul edəcək", - deyə Putin qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin