Vitse-spikerdən ABŞ-a SƏRT TƏNQİD – “Niyə işğala göz yumublar?”

Hazırda oxunan: Vitse-spikerdən ABŞ-a SƏRT TƏNQİD – “Niyə işğala göz yumublar?”

215083

“Dağlıq Qarabağ” adlı anlayış yoxdur. Qarabağ var və o həmişə Azərbaycanın tərkibindədir”.

Bizim.Media xəbər verir ki, bunu parlamentin bugün keçirilən plenar iclasında vitse-spiker Ziyafət Əsgərov deyib.

O, 28 May Respublika Günü və ölkəmiz üçün digər əlamətdar günlərdə ABŞ prezidentinin təbrik mətnini xatırladıb:

“ABŞ Prezidenti əlamətdar günlərdə ölkə prezidentinə göndərdiyi təbrik məktubunda Ermənistan və Azərbaycan arasında tezliklə sülh müqaviləsinin bağlanacağını qeyd edib. Mən bunu elə-belə xatırlatmadım. Niyə ABŞ bütün beynəlxalq hüququn, təşkilatların Azərbaycan ərazisi kimi tanıdığı ərazilərin Ermənistan tərəfindən işğal olunmasına, məscidlərimizin dağıdılmasına göz yumub?!”

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin