Türk dövlətləri arasında rəqəmsal əməkdaşlıqla bağlı türkiyəli deputatdan ÖZƏL AÇIQLAMA – FOTO

Hazırda oxunan: Türk dövlətləri arasında rəqəmsal əməkdaşlıqla bağlı türkiyəli deputatdan ÖZƏL AÇIQLAMA – FOTO

214993

“Türk Dövlətlərindən olan jurnalistlərə kurs təşkil ediləcək”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyədə yerləşən Qlobal Jurnalistlər Şurasının 5-ci ildönümü münasibətilə keçirilən konfransda məlumat verilib.

Dünyanın 73 ölkəsində təmsilçisi olan Şuranın növbəti iclasında qəbul edilmiş qərara əsasən, Türk Dövlətlərindən seçilmiş jurnalistlər üçün Türkiyədə təlim təşkil ediləcək. Təlimdə dezinformasiya ilə mübarizə, müharibə jurnalistikası başda olmaqla bir sıra mövzularda peşəkarlıq dərsləri veriləcək.

Tədbirdə çıxış edən Qlobal Jurnalistlər Şurasının sədri Mehmetali Dim bildirib ki, jurnalistlər qaynar nöqtələrə ezam olunmadan öncə, yüksək səviyyədə təlimatlandırılmalıdır. Təlimlərə birbaşa qatıla bilməyən jurnalistlər üçün onlayn dərslər veriləcək. Təlimləri bitirən jurnalistlər sertifikatla təmin olunacaq.

Türk dövlətlərinin rəqəmsal diplomatiyada əməkdaşlıqları hansı səviyyədədir?

Təlimdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin Rəqəmsal Media Komissiyasının sədri Hüseyn Yayman Bizim.Media-ya açıqlamasında sözügedən mövzuda fikirlərini bölüşüb:

“Bu çox önəmli mövzudur. Mütləq şəkildə əməkdaşlıq olmalıdır. Dezinformasiya mövzusu artıq ciddi bir problemə çevrilib. Türk dövlətlərində də rəqəmsallaşma sahəsində rəqəmsal diplomatiyanın yaradılması mövzusunun öyrənilməsi lazımdır. Hal-hazırda belə bir planımız yoxdur, amma növbəti illərdə Türk dövlətləri arasında rəqəmsal diplomatiyanın yaradılması öncəliyimiz olacaq”.





Dəryanur Cəfərova, Bizim.Media, Türkiyə bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin