Siyasi qətllərin VƏTƏNİ – Fransa Vidadi İsgəndərlini öldürüb, bizim üstümüzə yıxmağa çalışır – ARAŞDIRMA

Hazırda oxunan: Siyasi qətllərin VƏTƏNİ – Fransa Vidadi İsgəndərlini öldürüb, bizim üstümüzə yıxmağa çalışır – ARAŞDIRMA

214928

Azərbaycanın qətiyyəti və iradəsi qarşısında aciz qalan Fransa ən son variantlara əl atır. Çətin vəziyyətə düşən Yelisey sarayındakılar böyük diplomatiyada düçar olduqları uğursuzluqları məişət, küçə qeybətləri səviyyəsində sığortalamaq istəyirlər. 

Məlum olduğu kimi, bir neçə gün əvvəl Fransada məskunlaşmış “söyüş müxalifəti”nin nümayəndələrindən biri Vidadi İsgəndərli yaşadığı mənzildə hücuma məruz qalıb. Aldığı çoxsaylı bıçaq yaraları nəticəsində Vidadi İsgəndərli Fransadakı xəstəxanaların birində həyatını itirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransa kolonializminə qarşı çıxan liderlərin ACI TALEHLƏRİ – ARAŞDIRMA 


Adi kriminal hadisə olsa da, rəsmi Paris bunu siyasiləşdirmək qərarına gəlib. Fransa xüsusi xidmət orqanlarının və yerli KİV-lərin əliylə ictimai rəydə belə bir fikir formalaşdırmaq istəyir ki, guya Vidadi İsgəndərli Azərbaycan iqtidarının sifarişi ilə öldürülüb. Tamamilə əsassız və absurd iddia təbii ki, cəmiyyətimizdə birmənalı şəkildə təəssüflə qarşılanıb.

Vidadi İsgəndərlinin ölümündəki müəmmalı detallar 

Məlumdur ki, bu gün Vidadi İsgəndərli və onun kimi digər “söyüş müxalifətçiləri” Qərbin xüsusi xidmət orqanlarıyla sıx əlaqədədirlər. Məhz bu əməkdaşlıq nəticəsində Vidadi və digərləri Qərb ölkələrindən maliyyə dəstəyi alırlar. Amma Qərb heç kimə pulu elə-belə vermir. Belə ki, həmin maliyyələşdirilən şəxslər üçün konkret Yol Xəritəsi çəkilir. Kimlər bu Yol Xəritəsini qəbul edirsə, onlara bütün imkanlar tanınır. Ən başlıcası onlara efir verilir. Bu efir vasitəsilə “söyüş müxalifəti” Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının verdiyi tezislər üzrə çıxışlar edir, görüşlər keçirirlər. 

Bir sözlə, bu adamlar xüsusi xidmət orqanlarının hər zaman xüsusi nəzarətində olur. O cümlədən də, Vidadi İsgəndərli Fransanın xüsusi xidmət orqanları tərəfindən idarə olunurdu.

Deməli, onun bütün hərəkətləri və hətta yaşadığı mənzil Fransa xüsusi xidmət orqanlarının nəzarətində olub. Belə vəziyyətdə bir-iki nəfərin sərbəst şəkildə Vidadi İsgəndərlinin mənzilinə girib, ona çoxsaylı bıçaq zərbəsi vurub, daha sonra əl-qollarını sallaya-sallaya çıxıb getməsi heç bir məntiqə sığmır. Üstəlik, qətl hadisəsinin üstündən bir həftə keçməsinə baxmayaraq cinayətkarlar Fransa xüsusi xidmət orqanları tərəfindən saxlanılmayıb. 

Deməli, “torbada pişik” var. 
 

Cinayətkarların saxlanılmaması və yaralının xəstəxanada ölməsi xeyli şübhə doğurur. Fransa hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən biri günün günorta çağı öldürülür, amma cinayətkarlar heç bir iz buraxmır. Üstəlik, yaralı xəstəxanaya çatdırılır. Amma Vidadi İsgəndərli xəstəxanada xilas edilmək əvəzinə müəmmalı şəkildə ölür. 


Bu da o deməkdir ki, qətl hadisəsi Fransanın xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və icra edilib. Lakin 22 bıçaq zərbəsindən sonra Vidadi İsgəndərli sağ qalıb və qatillərin uğursuz əməliyyatını fransız həkimlər uğurla başa çatdırıb. Nəticədə, o xəstəxanada çoxlu “qan itirməsi” səbəbi ilə ölüb.  

Məsələ, bu qədər sadə və aydındır.

Bu gün böyük hədəflər üçün yola çıxmış Azərbaycan üçün “söyüş müxalifəti”nin hansısa nümayəndəsinin hədəfə çevrilməsi heç bir məntiqə sığmır. Vidadi İsgəndərlinin ölümü Azərbaycan iqtidarına nə qazandıra bilərdi ki?! 

Təbii ki, heç nə… 

Bu gün Azərbaycan Fransanın işğalçılıq və irqi ayrı-seçkilik siyasətini davamlı şəkildə, təkzibolunmaz faktlarla ifşa edir. Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə Martin Ryan 4 dekabr 2023-cü ildə saxlanıldı. Eləcə də Fransa xüsusi xidmət orqanlarının Cənubi Qafqazdakı və Avropadakı casus şəbəkəsi ifşa edildi

Bundan başqa, Fransanın Afrikada, Asiyada və ada dövlətlərində bu gün də davam edən soyqırımı siyasətinə qarşı mübarizə aparan tək ölkə Azərbaycandır. Heç təsadüfi deyil ki, son bir ildə Fransanın işğalı altında olan ada dövlətləri ilə Azəraycan fəal iş aparır. Bakı Təşəbbüs qrupu Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparmaq məqsədilə 6 iyul 2023-cü ildə yaradılıb. Ötən bir ildə qurum çox böyük uğurlara imza atıb. 

Artıq MartinikaQayana, Yeni KaledoniyaFransız PolineziyasıUollis və FutunaSolomon adalarının dövlətləri ilə ciddi işbirliyi və uğurlu nəticələr var. Azərbaycanın ağıllı və uzaqgörən siyasəti qarşısında aciz qalan Fransa Ermənistanı yeni müharibəyə nə qədər təşviq və təhrik etsə də heç bir nəticə əldə edə bilmədi. Ona görə də rəsmi Paris ucuz variantlara əl atmağa başlayıb. Belə uğursuz addımlardan biri də “söyüş müxalifəti”nin nümayəndəsi olan Vidadi İsgəndərlinin öldürülməsidir. 

Mavr işini gördü, Mavr gedə bilər…
 

Vidadi İsgəndərli Fransanın xırda “peşka”sı olsa da, hər halda siyasi şahmat taxtasında bir fiqur idi. Fransa onu yedizdirib, bəsləməklə Azərbaycana qarşı çirkin kampaniyada istifadə edirdi. Lakin vidadikimilərin apardığı kampaniya səmərəsiz qaldığı üçün Yelisey sarayındakılar onun ölümünə fətva verdilər. Beləcə, dirisindən xeyir görmədikləri üçün, heç olmasa ölüsündən faydalanmaq istədilər.  


Vidadi İsgəndərlinin ölümü Fransa hökumətinə nə üçün lazım idi?

Rəsmi Paris öz “peşkalarını” qurban verməklə Azərbaycanın üzərinə gəlmək istəyir. Məlumdur ki, Azərbaycan bir aydan sonra möhtəşəm COP29-a ev sahibliyi edəcək. Bu tədbirə dünyanın 5 qitəsindən onminlərlə insanın gələcəyi gözlənilir. Təbii  ki, bu tədbirin təntənəli və uğurla keçməsi Azərbaycanın gücünə güc qatacaq və beynəlxalq nüfuzunu daha da artıracaq. 

Bu da təbii ki, rəsmi Parisinin yuxusunu qaçırıb. Ona görə də Farnsanın siyasi hakimiyyətinin göstərişi ilə Azərbaycana qarşı növbəti çirkin kampaniya başlanılıb. Vidadi İsgəndərlinin ölümünü öz maraqlarına uyğun formada təqdim edən Yelisey sarayındakılar iddia etmək istəyirlər ki, Azərbaycana getmək, orada eyni ortamı paylaşmaq doğru deyil. Guya ki, Azərbaycan nəinki öz vətəndaşlarına qarşı amansız siyasət yürüdür və hətta ölkədən kənarda yaşayanlara da “qan uddurur”. 

Bu Fransa tarixində ilk siyasi qətl deyil...

Fransanın tarixinə bələd olan hər kəs yaxşı bilir ki, Vidadi kimilərdən rəsmi Paris hər zaman öz maraqları üçün faydalanıb. Sonda isə onların dərisini boğazından çıxarıb. 

Son 100 ildə Qvineya Prezidenti Əhməd Sekuo, Vasulu imperatoru Samori Ture, Kamerun lideri Feliks-Roland Moumie, Toqonun ilk prezidenti Silvanus Olimpio, Kamerun müqavimət hərəkatının lideri Osende Afana, Qabona rəhbərlik edən marşal İdris Debi kimi siyasətçilər də Fransanın siyasi ambisiyalarının qurbanı olub.
 

Təbii ki, bundan əvvəlki qətllər kimi, Fransanın Vidadi İsgəndərlinin ölümü üzərindən apardığı kampaniya da uğursuzluğa məhkumdur. Çünki Fransada yaşayan birinin öldürülməsi və cinayətkarların saxlanılmaması Azərbaycanın yox, Fransanın birbaşa məsuliyyətinə aid məsələdir. Digər tərəfdən, siyasi qətllərlə bağlı Fransanın “təcrübəsi” də göz önündədir.


Yəni, Fransanın bu yalanı da ayaq tutub yeriməyəcək...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin