Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi geniş nümayəndə heyəti Qazaxıstanda keçiriləcək referendumu müşahidə etmək məqsədilə bu ölkəyə səfər edib.
Bizim.Media MSK-ya istinadən xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfər çərçivəsində M.Pənahovun Qazaxıstanlı həmkarı ilə yanaşı, digər rəsmi şəxslər, eləcə də referendumun müşahidəsinə qatılan təşkilatlar və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşlər keçirməsi, seçkilərə bağlı müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf perspektivləri, əməkdaşlıq imkanları və qarşılıqlı maraq kəsb edən məsələlərlə ətrafında müzakirələr aparılması nəzərdə tutulur.
Mərkəzi Seçki Komissiyasının təmsilçiləri, həmçinin Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyi müşahidə missiyalarının tərkibində də sözügedən referendumun izlənilməsində iştirak edirlər.
MSK nümayəndələri səsvermə günü Qazaxıstan paytaxtında və bölgələrdə yerləşən məntəqələrdə müşahidə aparacaqlar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:56 / 05.10.2024
Məzahir Pənahov Qazaxıstanda referendumu müşahidə edəcək
Hazırda oxunan: Məzahir Pənahov Qazaxıstanda referendumu müşahidə edəcək
Hazırda oxunan: Məzahir Pənahov Qazaxıstanda referendumu müşahidə edəcək
214678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.