Saleh Kamrani: “İsrail İranı hədəf alsa, heç kim Tehrana kömək etməyəcək” – ÖZƏL

Hazırda oxunan: Saleh Kamrani: “İsrail İranı hədəf alsa, heç kim Tehrana kömək etməyəcək” – ÖZƏL

214498

“İranın İsrailə hücumundan sonra görürük ki, İsrailin müttəfiqləri Fransa, Almaniya, Britaniya və ABŞ İranı qınadılar. Onlar İsrailin özünü müdafiəsini haqlı olaraq qəbul etdilər. Həqiqətən də, beynəlxalq hüquq baxımından İranın hücumu təcavüz sayılır”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Cənubi azərbaycanlı politoloq Saleh Kamrani deyib. 1 oktyabrda İranın İsrailə hücumunu şərh edən politoloq, İranın yaxın zamanda sərt cavabla qarşılaşacağını qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Yaxın Şərqin “ÜÇ MUŞKETYORU” – Regiondakı savaşların əsl müəllifləri KİMLƏRDİR?


“İranın nüvə mərkəzləri hədəf alınacaq”

“İran hüquq baxımından öz əlini bağladı. Tehran bu addımı ilə sadəcə İsrailə cavab haqqı qazandırdı. Düşünürəm ki, İsrail İrana ciddi şəkildə cavab verəcək. İsrail rəsmiləri bildirirlər ki, İranın neft bazalarını vuracaqlar. Əgər İran bu dəfə də İsrailə cavab verərsə, İranın nüvə mərkəzləri hədəf alınacaq. Proseslər bu formada davam edərsə, ciddi bir müharibə görə bilərik. Bütün bunlar İsrailin cavabından sonra daha aydın şəkildə görünəcək”, - deyə S.Kamrani bildirib.

Bəs İran-İsrail mümkün müharibəsi III Dünya Müharibəsinin də başlanğıcı ola bilərmi?
 

“İranın hansısa ciddi müttəfiqi yoxdur. Hətta Rusiya ilə belə ciddi strateji tərəfdaşlığı yoxdur. Əgər İsrailin hədəfi İran olacaqsa, İrana yaxın və ya uzaq olan hansısa ölkə Tehran üçün savaşa girməyəcək. İranın müttəfiqləri bəllidir: proksilər, terrorçular – Hizbullah, husilər və s.


Lakin İranla İsrail arasındakı müharibənin III Dünya Müharibəsinə səbəb olacağına inanmıram. Çünki İran sanksiyalar səbəbindən dünyadan təcrid formasında yaşayır. İranın müttəfiqlərinin olmamasını nəzərə aldığımızda, bu, III Dünya Müharibəsinin başlanğıcı ola bilməz”, - deyə S.Kamrani əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin