Ədliyyə Nazirliyi erməni cinayəti ilə bağlı 77 ölkəyə məktub göndərib - RƏSMİ

Hazırda oxunan: Ədliyyə Nazirliyi erməni cinayəti ilə bağlı 77 ölkəyə məktub göndərib - RƏSMİ

21420

“Vətən müharibəsi vaxtı Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi ölkəmiz tərəfindən aparılan haqlı mübarizəni beynəlxalq tərəfdaşlara çatdırmaq üçün öz səlahiyyətləri çərçivəsində işlər görüb”.

Bizim.Media xəbər verir ki, bu barədə “Ədliyyə Nazirliyinin beynəlxalq fəaliyyəti” mövzusunda onlayn brifinqdə çıxış edən Beynəlxalq Əməkdaşlıq İdarəsinin qrup rəhbəri Azər Cəfərov məlumat verib.

O bildirib ki, bu dövr ərzində nazirlik tərəfindən 77 dövlətin ədliyyə nazirliklərinə, 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib:

“Məktublar erməni tərəfinin cinayətləri, onların acı nəticələri ilə bağlı olub. Müharibə dövründə Ermənistan tərəfi bir sıra cinayətlər törədib ki, bunlar həm uşaqlara, həm də mülki şəxslərə qarşı olub. Bunlarla bağlı ixtisaslaşmış qurumlara məktublar gedib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin