Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bizim.Media yeni səfirin dosyesini təqdim edir:
Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980–1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb.
MÖVZU İLƏ BAĞLI:
Rəhman Mustafayev Rusiyaya yeni səfir təyin edildi
1985–1987-ci illərdə hərbi xidmətdə olub. 1993–1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib. 1994–1997-cı illərdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib.
1997–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub.
2000–2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir olub. 2006-cı ilin may-noyabr aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini olub.
2006-cı ilin noyabrından 2009-cu ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olub.
Rəhman Mustafayev 23 iyun 2017-ci ilə qədər Yunanıstan Respublikasındakı və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib. O, 2017-2022-ci illərdə Azərbaycanın Fransadakı səfiri vəzifəsində çalışıb.
Bu təyinata qədər isə o ölkəmizin Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edirdi.
Qeyd edək ki, Rəhman Mustafayev İngilis, fransız, rus və ərəb dillərini bilir.
Bizim.Media