İrəvandan növbəti SƏRHƏD TƏXRİBATLARI – Qərb Ermənistanı MƏHVƏ SÜRÜKLƏYİR...

Hazırda oxunan: İrəvandan növbəti SƏRHƏD TƏXRİBATLARI – Qərb Ermənistanı MƏHVƏ SÜRÜKLƏYİR...

213868

Ermənistan yenidən sərhəddə gərginliyi artırmaqla məşğuldur. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 28-i saat 23:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bundan iki gün öncə, sentyabrın 26-da saat 16:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub.
 

MÖVZU İLƏ BAĞLI:

İrəvan və havadarlarına XƏBƏRDARLIQ – Ermənistanın gərginliyi artırması nə ilə YEKUNLAŞACAQ?


Ümumiyyətlə, Ermənistanın son təxribatları əsasən Naxçıvan istiqamətində baş verir. 

Ermənistan hazırkı şəraitdə Qərbin istəyilə oturub durur. Fransa, Hindistan, ABŞ Ermənistanı silahlandırır. Burada birgə hərbi təlimlər keçirlər

Qərbin Ermənistana belə qucaq açması isə İrəvanı məhvə sürükləyir. 

Mövzu Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, Qərb üçün əslində Ermənistan və Ukrayna Rusiyaya qarşı qlobal qarşıdurmada bir alətdir:

“Bəllidir ki, Qərb Ermənistan vasitəsilə təmsil olunduğumuz bölgənin geosiyasi reallıqlarını dəyişdirmək, Rusiyanı bölgədən çıxarmaq və Azərbaycanın həyata keçirdiyi müstəqil siyasətə münasibətdə fərqli mövqe nümayiş etdirmək istəyir. Bölgənin təhlükəsizliyi üçün 3+3 modeli region ölkələrin təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirməyi özündə ehtiva edir. Ona görə də bölgədən kənar ölkələrin bölgənin problemlərinə müdaxiləsini məqbul bilmir. 

Bu problemlər və Azərbaycanın Orta Dəhlizlə bağlı məsələyə fərqli baxışları Qərbi və onun “ötürücü qayışı” rolunda çıxış edən İrəvanı qane etmir. Paşinyan bir tərəfdən sülh müqaviləsinin məlum mətni əsasında danışıqlara getməyə hazır olduğunu bəyan edir. Amma Paşinyanın Azərbaycana təqdim etdiyi sülh müqaviləsinin mətnində məhz Bakı ilə razılaşdırılmamış müddəalar ölkəmizin razılığı olmadan mətndən çıxarılır, ardınca da təklif edirlər ki, məsələ ətrafında danışıqlara gedək”.

Ekspert qeyd edir ki, Azərbaycanın bəlli mövqeyi var:

“Ermənistan özünün əsas qanununda Azərbaycana ünvanlanmış ərazi iddialarından imtina etməyənə qədər, ölkəmizin delimitasiya, demarkasiya ilə bağlı məsələlərə baxışları İrəvan tərəfindən qəbul olunmayana qədər Bakı bütövlükdə danışıqlarda maraqlı olsa da, bu səpkili danışıqlarda maraqlı deyil”. 

Politoloq düşünür ki, Vaşinqton Ermənistan vasitəsilə beynəlxalq birliyə bölgədə sülh və sabitliyi təmin edəcək yeganə qüvvənin ABŞ olduğunu təlqin edir: 

“Bununla həm də Rusiyanın bölgə daxili proseslərə təsir imkanlarının olmadığını qabartmaq istəyirlər. Ermənistan da bu oyunlarda ABŞ tərəfindən onun üçün ayrılan ssenarinin məlum rolun ifaçısı kontekstində çıxış edir. Ona görə də Ermənistan hakimiyyətinin mövqeyi qeyri-səmimidir. Nə qədər ki, Ermənistan belə qeyri-səmimi olacaq və ABŞ siyasətinin ardınca gedəcək, bu istiqamətdə danışıqlar konkret nəticə verməyəcək”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin