VII çağırış Milli Məclisin komitələri formalaşdırıldı

Hazırda oxunan: VII çağırış Milli Məclisin komitələri formalaşdırıldı

213822

VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı məsələlər parlamentin payız sessiyasının bu gün keçirilən ilk iclasının gündəliyinə daxil edilib. 

Toplantıda parlamentin 15 komitəsinin tərkibi formalaşdırılıb. 

Qeyd edək ki, Milli Məclisin sentyabrın 23-də keçirilmiş ilk iclasında aşağıdakı komitələrə sədrlər seçilib: 

Əli Hüseynli - Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri 

Arzu Nağıyev - Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri 

Zahid Oruc - İnsan hüquqları komitəsinin sədri 

Sadiq Qurbanov - Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Azər Əmiraslanov - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri 

Tahir Rzayev - Aqrar siyasət komitəsinin sədri 

Musa Quliyev - Əmək və sosial siyasət komitəsinin sədri 

Siyavuş Novruzov - Regional məsələlər komitəsinin sədri 

Anar İsgəndərov - Elm və təhsil komitəsinin sədri 

Polad Bülbüloğlu - Mədəniyyət komitəsinin sədri 

Səməd Seyidov - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri 

Əhliman Əmiraslanov - Səhiyyə komitəsinin sədri 

Hicran Hüseynova - Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri 

Şahin İsmayılov - Gənclər və idman komitəsinin sədri 

Fazil Mustafa - İctimai birliklər və dini qurumlar komitəsinin sədri 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin