“Böyük İsrail” PLANI – 2048-ci ilə qədər bu ölkələrin ərazisi İŞĞAL OLUNACAQ – FOTO

Hazırda oxunan: “Böyük İsrail” PLANI – 2048-ci ilə qədər bu ölkələrin ərazisi İŞĞAL OLUNACAQ – FOTO

213821

“Nildən Fərata "Böyük İsrail" ideologiyası sionizminin arzusu yox, planıdır. Bu gün Orta Şərqdə qızışmaqda olan müharibə məhz bunun uğrundadır. "Böyük İsrail" layihəsi 12 dövlətin bəzilərinin torpaqlarının böyük hissəsini, bir neçəsinin isə tamamını əhatə edir. Belə ki, İraq, Suriya, Livan, İordaniya, Fələstin və Kuveyt tamamilə Misir, Səudiyyə Ərəbistanı, İran və Türkiyənin isə bir hissəsi yeni “dövlət”in parçalarıdır”. 

Bunu “Böyük İsrail” layihəsini araşdıran tədqiqatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında bildirib.

O qeyd edib ki, plana əsasən, Türkiyənin Adana, Qaziantep, Van, Diyarbəkir və ətraf əraziləri, Səudiyyə Ərəbistanının şimalı, Təbuk və əsasən vaxtilə yəhudilər yaşamış Xeybər adlanan ərazilər “Böyük İsrailin” ərazisi “sayılır”:
 

MÖVZU İLƏ BAĞLI:

İsrail Livana qabaqlayıcı hücum əməliyyatına başlayıb


“Hazırda Səudiyyə Ərəbistanı ərazisindəki bütün tarixi abidələr, müqəddəs şəxslərin məzarları və qədim məscidlər ya tamamilə dağıdılıb ya da təmir - bərpa adı ilə sıradan çıxarılıb. Lakin vaxtilə yəhudilərin yaşamış olduğu Xeybər qalaları və ətraf şəhərcik evlərin qamış tikililər tavanına kimi qorunub saxlanılır. 


Şübhəsiz ki, İslama aid tarixi silmək və qiblənin, dinin özəyinin o coğrafiyada yaranmasını gələcəkdə şübhə altına almağa hesablanmış bu əməliyyat öz "töhfəsini" verir. Çox təəssüf ki, bu gün yeni din yaradıb, qiblənin də Məkkədə deyil, "Böyük İsrailin" xəritəsinə düşən İordaniyanın Petra şəhərində olmasını iddia edirlər. Xeybər şəhərini və abidələrini isə ətrafına mühafizə divarları çəkib "Böyük İsrail" qurulana kimi qoruyurlar”.

Türkiyənin bir hissəsinin də bu planda olması ciddi narahatedici məqamdır.

Müsahibimiz onu da əlavə edib ki, sionizm ideologiyasının əsas ali məramı guya qədim dini mənbələrə əsaslanan "Vəd edilmiş torpaqlar" planını gerçəkləşdirməkdir:


“Ona görə də Fələstin dövlətinin yaranmasına heç zaman imkan verilməyib və bu plana daxil olan müsəlman ölkələri ilə də münasibətlər gərgin saxlanılıb ki, fürsət yaranan kimi addım-addım irəliləsinlər. 
 

Vaxtilə Misirin Sina yarımadasının, Suriyanın Colan zirvələrinin, Fələstinin əsas ərazisinin indi də davam edən işğalı məhz bu planın gerçəkləşdirilməsinə hesablanıb. İndi də "Orta Şərqdə yeni nizam yaratma" əməliyyatı davam edir. Savaşın ətraf bölgələrə yayılması deyərkən, söhbət "Böyük İsrail" xəritəsində olan ölkələrdən gedir. Bir az da konkretləşdirmək istəsək, İsrail bu dövlətləri tədricən ləğv edib 2048-ci ilədək öz planını reallaşdırmaq istəyir. 


Bu günlərdə PKK-nın aktivləşdirilməsi Türkiyəyə qarşı savaşın siqnalıdır. Misir, Türkiyə, Səudiyyə Ərəbistanı, Kuveyt kimi bu xəritənin obyektinə düşən ölkələr "B" planına saxlanılıb. İraq, Suriya, Livan, Fələstin, İran kimi xəritənin ortasına düşən ölkələr isə tam hədəfdədir. Bir sözlə, gedən bu qanlı savaş İsrailin "Böyük İsrail" planının gerçəkləşməsi üçündür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin