Məzahir Pənahov: “Seçkini müşahidə etmək istəyən heç kimə “yox” cavabı verilmədi”

Hazırda oxunan: Məzahir Pənahov: “Seçkini müşahidə etmək istəyən heç kimə “yox” cavabı verilmədi”

213813

“Dünyanın heç bir yerində 10 milyon əhalisi olan ölkədə 112 mindən çox müşahidəçi seçkini müşahidə edə bilmir. Seçkini müşahidə etmək istəyən heç kimə “yox” cavabı verilməyib”.

Bizim.Media xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının ilk iclasında deyib.

O, ölkədə keçirilən seçkilərin nümunəvi olduğunu vurğulayıb:

“Nə yerli, nə xarici müşahidəçilərdən MSK-ya pozuntu ilə bağlı müraciət daxil olmayıb. Həmçinin, seçicilərlə görüşdə də məkanlarla bağlı müraciət, şikayət olmayıb. Hər bir dairədə seçicilərlə görüş üçün 16 qapalı məkan təyin edilib. Açıq görüş ünvanları isə biz məcazi mənada deyirdik ki, Azərbaycanın istənilən yerində, yəni seçici ilə görüşmək imkanı olan yerdə görüş keçirilə bilər”.

Komissiya sədri 1000 mənətəqədə seçki prosesini izləmək üçün veb-kameraların qoyulduğunu deyib. 

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin