VII çağırış Milli Məclisin ilk plenar iclası BAŞLADI

Hazırda oxunan: VII çağırış Milli Məclisin ilk plenar iclası BAŞLADI

213809

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasının ilk plenar iclası başlayıb.

Bizim.Media xəbər verir ki, sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim ediləcək.

İclasda həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşacaq.

İclasın gündəliyində 17 məsələ müzakirə olunacaq:

1.Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin seçilməsi haqqında. 

2. Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvlərinin seçilməsi haqqında. 

3. Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi üzvlərinin seçilməsi haqqında. 

4. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya  komitəsi üzvlərinin seçilməsi haqqında. 

5. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsi üzvlərinin seçilməsi haqqında. 

6. Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsi üzvlərinin seçilməsi haqqında. 

7. Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsi üzvlərinin seçilməsi haqqında. 

8. Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsi üzvlərinin seçilməsi haqqında. 

9. Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri  komitəsi üzvlərinin seçilməsi haqqında. 

10. Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsi üzvlərinin seçilməsi haqqında. 

11. Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin seçilməsi haqqında. 

12. Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsi üzvlərinin seçilməsi haqqında. 

13. Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsi üzvlərinin seçilməsi haqqında. 

14. Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi üzvlərinin seçilməsi haqqında. 

15. Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin seçilməsi haqqında. 

16. Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında.

17. Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması haqqında.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin