Sentyabrın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Belarus xarici işlər naziri Maksim Rıjenkov ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilir ki, görüşdə Azərbaycan və Belarus arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.
"Görüş zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edilərək, yüksək səviyyəli görüşlərin və siyasi dialoqun davam etdirilməsinin yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi və tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması baxımından önəmli olduğu vurğulanıb", - məlumatda deyilir.
O da qeyd olunur ki, Azərbaycan və Belarus arasında münasibətlərin inkişafında iki ölkənin liderləri arasında dialoqun mühüm rol oynadığı diqqətə çatdırılıb, bu istiqamətdə Belarus Prezidentinin işğaldan azad olunmuş ərazilərimizə etdiyi tarixi səfər məmnunluqla xatırlanıb.
Bu kimi təmasların mövcud dostluq və əməkdaşlıq münasibətlərinin perspektivlərinin müzakirəsində əhəmiyyətli rol oynadığı qeyd olunub.
"İqtisadiyyat sahəsinin müxtəlif istiqamətləri, o cümlədən ticarət və investisiyalar üzrə əməkdaşlıq üçün perspektivlərin mövcudluğu, habelə bu imknalardan istifadənin vacibliyi vurğulanıb", - xəbərdə deyilir.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:40 / 29.09.2024
Ceyhun Bayramov Nyu-Yorkda belaruslu həmkarı ilə nəyi müzakirə edib?
Hazırda oxunan: Ceyhun Bayramov Nyu-Yorkda belaruslu həmkarı ilə nəyi müzakirə edib?
Hazırda oxunan: Ceyhun Bayramov Nyu-Yorkda belaruslu həmkarı ilə nəyi müzakirə edib?
213649
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.