Milli hərəkatdan korrupsiyaya qədər uzanan yol!

Hazırda oxunan: Milli hərəkatdan korrupsiyaya qədər uzanan yol!

213582
Cənubi Afrika Respublikası (CAR) Azərbaycandan on min kilometrlərlə uzaq məsafədə olsa da, bu ölkədə baş verən son hadisələrə diqqət yetirməmək mümkün deyil. Bu ölkəni Azərbaycan üçün maraqlı edən həm də CAR-dan müxtəlif növ silahların alınmasına yönəlik sazişlərimizdir. Biz o ölkələrlə əməkdaşlığı genişləndiririk ki, bu əməkdaşlığın növbəti illərdə də davam edəcəyinə ümidli olaq.
Cənubi Afrika Respublikasında yaşanan son siyasi gərginlik ölkə prezidenti Ceykob Zumanın 9 illik hakimiyyətinə son qoydu. İşin maraqlı tərərfi isə Zumanın elə öz partiyası tərəfindən istefaya göndərilməsidir.Məsələni daha yaxşı analiz etmək üçün hadisələrin inkişafına bir qədər nəzər salaq.
Əslində əvvələr də, prezident olmamışdan öncəxa0 Zuma korrupsiya qalmaqalı ilə üzləşmişdi.17 yaşındaykən siyasətə gəlib uzun illər həbs və mühacir həyatı yaşayan gələcək prezident 1999-cu ildə CAR-ın vitze-prezidenti təyin edilir. Ancaq 2005-ci ildə prezident Tabo Mbeki onu korrupsiyaya görə istefaya göndərir. Buna səbəb isə silah satışı zamanı 5 milyard dollarlıq mənimsəməyə yol verməsi olub.Aparılan istintaq nəticəsində bu vəsaitin bir hissəsi Zumanın şəxsi vəsaitindən aşkarlanmışdı. Daha sonra o zorlama ittihamınada məruz qaldı. Ancaq 2007-ci ildə Ali Məhkəmə Zumanın üzərindəki bütün ittihamlarıgötürdü. 2009-cu ildə isə Milli Assambleya onu 5 illik ölkə prizdenti seçir. Ancaq1 il sonra impentcmenlə üzləşsə də səsvermədən qalib çıxa bilir. 2014-cü ildə isə ikinci dəfə dövlət başçısı seçilir.
75 yaşlı Zumanın nə az, nə çox düz 8 xanımı,18 övladı var. İndi gələk Zumanın nəyə görə vəzifədən azad edilməsinə. Əslində CAR-daki vəziyyətdən az-çox anlayışı olan heç kəsə sirr deyil ki,iqtidardakı Afrika Milli Konqresinin funksionerləri arasında siyasi mübarizə gedirdi və 9 illik prezident də məhz bunun qurbanı oldu. 2012-ci ildə yenidən böyük siyasətə qayıdan Siril Ramaposa Konqres içində hakim şəxsə çevrilməkdədir. Elə həmin ildə partiyanın sədr müavini seçilən Ramaposa 2014-cü ildə isə vitze-prezidentliyə gətirildi. Onu da qeyd edim ki, 2019-cu ildəki seçkilərə qədər ölkə prezidenti vəzifəsini Ramaposa icra edəcək. O, ölkədə və AMK içində kifayət qədər nüfuzlu insandır. Həm də tanınmış iş adamı və böyük messanatdır. Ramaposa həmin şəxsdir ki,1994-cü ildə irqçi rejimin çöküşündən sonra sülh danışıqlarında AMK-nı təmsil edib. Sülh əldə edildikdən sonra isə əfsanəvi prezident Nelson Mandelanın baş məsləhətçisi olub. Ancaq az sonra biznesi siyasətə üstün tutaraq iş dünyasına qoşulur və ölkənin ən böyük oliqarxlarından birinə çevrilir. Bununla bərabər səxavətindən də qalmır. Ölkədə geniş xeyriyyə tədbirləri həyata keçirir.xa0

Zumaya gəldikdə isə ona qarşı yalnız korrupsiya ittihamı irəli sürülməyib. İttihamların içində ən maraqlısı isə Mandelanın hərəkatı içində olarkən Zumanın “KGB”yə (Sovet təhlükəsizlik xidməti) agentlik etməsidir. Bunun ən bariz örnəyi kimi isə onun 80-ci illərdə Moskvada “KGB”nin xüsusi ali məktəbində təhsil alması göstərilir. Həqiqətən də Zuma həmişə rusmeyilli mövqeyi ilə tanınıb. Onu demək kifayətdir ki,təkcə 2016-cı ildə CAR-ın Rusiya ilə ticarət dövriyyəsi 750 milyon dollar olub. Ondan sonrakı müddətdə bu rəqəm yüksələn xətlə inkişaf edib. Çox maraqlıdır ki,Zumanın əksinə Ramaposanın rəhbərlik etdiyi şirkətlərin əsas ortağı Qərb şirkətləridir. Nəticə etibarı ilə görünən bir reallıq varki,CAR-da artıq hakimiyyət dəyişib. Bu dəyişiklik isə zənnimcə, ölkədə radikal dəyişikliyə səbəb olacaq. İqdidardakı iri məmurları yenilərinin əvəzləyici, ölkə iqdisadiyyatında yeni üfüqlərin açılacağını demək olar. Xarici siyasətdə isə CAR-da küləyin bundan sonra Qərb tərəfə əsəcəyini tehmin etmək elədə çətin deyil.

ZEYNAL ƏMRƏLİYEV,xa0
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin