Gürcü politoloq: “44 günlük müharibənin başlama vaxtı çox dəqiqliklə seçilmişdi”

Hazırda oxunan: Gürcü politoloq: “44 günlük müharibənin başlama vaxtı çox dəqiqliklə seçilmişdi”

213398

27 sentyabr təkcə şəhidlərimizin anım günü deyil, həm də böyük zəfərə gedən yolun başlanğıc tarixidir. Bu gün təkcə Azərbaycanın taleyini və tarixini dəyişmədi, həm də regiona yeni reallıqlar gətirdi.

Təsadüfi deyil ki, 44 günlük müharibədən 4 il keçsə də, bu tarixi hadisə hələ də ölkəmizdə və beynəlxalq aləmdə müzakirə edilir, araşdırılır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan  gürcü politoloq Gia Xuxaşvili bildirib ki, bu müharibə həm hərbi, həm də siyasi müstəvidə unikal hadisə kimi müasir tarix dərsliklərinə düşəcək:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda Anım Günüdür


Birincisi, Azərbaycanın əsas probleminin – ölkənin ərazi bütövlüyünün bərpasının həlli  strateji plan, səbr və məqsədyönlülüklə hazırlandı.

İkincisi, diplomatik cəbhədə böyük işlər görüldü. Müharibənin başlanma vaxtı çox həssas və incə dəqiqliklə seçilmişdi.  

Nəhayət, hərbi əməliyyatın özü olduqca parlaq şəkildə həyata keçirildi. Bu müharibənin təbii ki, öz qəhrəmanı var – Prezident İlham Əliyev.

O ölkəsinin ərazi bütövlüyünün real həlli nümunəsi göstərməklə adını Azərbaycan və dünya tarixinə əbədi yazdırdı. Halbuki, bir çox ölkələr o cümlədən, Gürcüstan da separatizmdən və suveren hüquqlarının pozulmasından əziyyət çəkir. Bu mənada 44 günlük müharibənin nəticələrindən öyrəniləcək çox şey var”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin