Azərbaycan və Çin arasında hərbi-texniki əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycan və Çin arasında hərbi-texniki əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO

213305

Müdafiə Nazirliyinin rəhbərliyi Bakıda təşkil edilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Çinin dövlət şirkəti ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib.

Bu barədə Bizim.Media-ya nazirlikdən bildirilib.

Qeyd edilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov “Dəqiq Avadanlıqların İdxalı və İxracı üzrə Çin Milli Korporasiyası”nın (“CPMIEC”) rəhbər heyəti ilə görüşüb. Görüşdə birgə hərbi-texniki əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin