Bu gün qarşı tərəfin təşəbbüsü ilə xarici işlər naziri Ceyhun Bayramovla Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.
XİN-dən Bizim.Media-ya verilən məlumata görə, nazirlər Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliklə bağlı məsələləri müzakirə ediblər.
MÖVZU İLƏ BAĞLI:
Makronun erməni sevgisi - Zəngəzurla bağlı PAYLAŞIM
Nazir Ceyhun Bayramov uzun müddətdən sonra Ermənistanla sərhədlərin gücləndirilməsi tədbirlərinin həyata keçirildiyi, bu xüsusda Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşdiyi, tərəflər arasında mövcud olan fikir ayrılığı və yaranmış gərginliyin aradan qaldırılması üçün Azərbaycanın nümayiş etdirdiyi konstruktiv yanaşma, o cümlədən, Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin dərhal bölgəyə ezam edildiyi və qarşı tərəflə danışıqların aparılması ilə bağlı qarşı tərəfə məlumat verib.
Nazir Ceyhun Bayramov sərhəd gərginliyi məsələsinin şişirdilməsi və siyasiləşdirilməsinin yolverilməz olduğunu və bu kimi məsələlərin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib.
Nazirlər, həmçinin, münaqişə sonrası məsələlər ətrafında ümumi fikir mübadiləsi aparıblar.
Bizim.Media