Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib

Hazırda oxunan: Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib

21300

Ankarada fəaliyyət göstərən Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının videokonfrans formatında ilk iclası keçirilib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda əvvəlcə komissiyanın sədri Salih Kurt, Türkiyənin Azərbaycandakı sabiq səfiri, komissiyanın İdarə Heyətinin üzvü Hulusi Kılıç, ehtiyatda olan türkiyəli general, araşdırma heyətinin sədri Yücel Karauz, rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov, yazıçı-publisist Müslüm Aktürk, vəkil Mustafa Kuran və başqalarının çıxışları dinlənilib.

Komissiyanın üzərinə düşən missiyanı ləyaqətlə başa çatdıracağına inandığını ifadə edən sədr Salih Kurt əminliklə bildirib ki, komissiya fəaliyyətini daha da genişləndirərək ədalət carçısı kimi tanınacaq.
 

Müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqları azad etməsini tarixi hadisə və milli şərəf kimi dəyərləndirən səfir Hulusi Kılıç bildirib ki, düşmənin törətdiyi amansız dağıntılar və müharibə cinayətlərinin araşdırılması hər birimizin üzərinə düşən mənəvi borcdur.


Tədqiqatçı Yücel Karauz əminliklə ifadə edib ki, komissiya fəaliyyət istiqamətlərini dəqiqləşdirməklə hədəflərinə çatacaq.

Sonra Türkiyə Prezidentinin baş müşaviri, tədqiqatçı alim Seyit Sertçelik 8 il tədqiqat apardığı Rusiya arxivləri ilə bağlı fikirlərini bölüşərək vurğulayıb ki, Ermənistanın əsaslı dövlət arxivi yoxdur, onlar rus arxivlərinin surəti əsasında arxiv yaradıblar.

Komissiyanın növbəti iclası mayın 18-də keçiriləcək.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin