“Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Prezident “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanladı
Fərmana əsasən ,“İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan malların Siyahısı” yeni redaksiyada verilib (əlavə olunur).
Həmin Qaydaların 1 nömrəli əlavəsi – “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan malların Siyahısı” yeni redaksiyada verilsin (əlavə olunur).
Həmin Qaydaların 2 nömrəli əlavəsi – “İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı” üzrə:
“İxrac” hissəsinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr – Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi” abzası ləğv edilsin;
“İdxal” hissəsinin üçüncü abzasının “Malların adı” sütunundan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr,” sözləri çıxarılsın.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
ixracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısı üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan əlavənin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Bizim.Media