XİN: Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir

Hazırda oxunan: XİN: Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir

212912

Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O bildirib ki, Livanda ümumiyyətlə qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı cüzidir: “Baş verən hadisələrdə yaralanan və ölənlər arasında azərbaycanlıların olub-olmaması barədə xəbər yoxdur”.

Qeyd edək ki, sentyabrın 23-də İsrailin Ordusu paytaxt Beyrut daxil olmaqla Livana hava hücumları həyata keçirib. Nəticədə ölənlərin sayı 492-yə çatıb, azı 1645 nəfər xəsarət alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin