Kanada bölgədə yenidən münaqişə yaratmağa çalışır - BƏYANAT

Hazırda oxunan: Kanada bölgədə yenidən münaqişə yaratmağa çalışır - BƏYANAT

212691

Biz Kanadanın xarici işlər naziri Melani Jolinin 22 sentyabr 2024-cü il tarixində verdiyi, Azərbaycana qarşı qərəz və böhtan dolu bəyanatını sərt şəkildə qınayırıq.

Bizim.Media xəbər verir ki, bu sözlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. 

Bəyanatda, həmçinin deyilir: 

"Kanadalı nazir öz bəyanatında ermənilərin Azərbaycanın Qarabağ bölgəsini guya məcburi şəkildə tərk etməsi barədə əsassız ittiham irəli sürür, Azərbaycanın ərazi bütövlüyünə zidd olan və regionda gərginlik yaratmağa xidmət edən mövqe nümayiş etdirir.

Ermənistanın bir milyon azərbaycanlını etnik təmizləməyə məruz qoymasına, Azərbaycan ərazilərini otuz il işğal altında saxlayaraq talan etməsinə və yüz minlərlə Qərbi azərbaycanlının geri qayıdışına imkan verməməsinə göz yuman Kanadanın humanitar məsələlərdən danışmağa mənəvi haqqı yoxdur.

Bütün bunlar göstərir ki, Kanada Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edərək beynəlxalq hüququn aliliyini təmin etməsini qəbul etmək istəmir və bölgədə yenidən münaqişə yaratmağa çalışır.
 

Artıq mövcud olmayan bir problemin həlli üçün "öz müqəddəratını təyin etmə" prinsipinə istinad edən kanadalı nazirin diqqətinə çatdırmaq istərdik ki, bu prinsip onun iddia etdiyi məsələ üçün deyil, Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıdışı və orada hüquqlarının təmin edilməsi məsələsi üçün aktualdır.


Qərbi Azərbaycan İcması olaraq, biz bu bədnam bəyanatı qətiyyətlə pisləyir və Kanada hökumətindən həmin bəyanatı geri götürməyi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə öz yurdlarına qayıtmaq hüquqlarına hörmət etməyi tələb edirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin