İrandakı səfirimiz Tehranda XİN rəsmisi ilə nəyi müzakirə etdi?

Hazırda oxunan: İrandakı səfirimiz Tehranda XİN rəsmisi ilə nəyi müzakirə etdi?

212648

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquqi məsələlər idarəsinin rəisi Seyid Əli Musəvi ilə ikitərəfli hüquqi məsələlərə dair müzakirələr aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan diplomatik missiyasının mətbuat xidməti bildirib.

“Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İİR XİN-nin Beynəlxalq hüquqi məsələlər İdarəsinin rəisi Seyid Əli Musəvi ilə görüşüb, ikitərəfli hüquqi məsələlərə dair müzakirələr aparıb”, – səfirliyin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.

Xatırladaq ki, daha öncə Azərbaycanın xarici siyasət idarəsi Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayışda ölənlərlə əlaqədar Tehrana başsağlığı vermişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin