“Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi bu ildə həmin tarixin qeyd edilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın qlobal enerjiyə keçid ilə bağlı sadiqliyi ölkənizin enerji sektorunda etibarlı tərəfdaş kimi onilliklər ərzində sürən tarixinə əsaslanır”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrikində qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Antoni Blinken İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
“Biz Azərbaycanın öndə gedən rolunu gücləndirə və regionu transformasiya edə biləcək bərpa olunan enerjidən istifadə və yaşıl enerjinin ixracı marşrutlarının inkişaf etdirilməsinə dair səylərinizi alqışlayırıq.
"Əsrin müqaviləsi" bizim birlikdə çalışaraq nələrə nail ola biləcəyimizin sübutudur”, - Blinken bildirib.
Bizim.Media