Məzahir Pənahovun sədrliyi ilə sentyabrın 16-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb.
İclas zamanı cari ildə keçirilən Milli Məclisə növbədənkənar seçkilərdə dairə seçki komissiyalarının səsvermənin yekunlarına dair protokolları və onlara əlavə edilmiş digər seçki sənədlərinin yoxlanılması işi başa çatmış hesab edilib, seçkilərin ümumi yekunları haqqında MSK-nın protokolu tərtib olunub və bütün Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.
Həmçinin seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, seçkilərin yekunlarının təsdiq edilməsi üçün Komissiyanın protokolunun müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunmasına qərar verilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:05 / 16.09.2024
MSK seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərdi
Hazırda oxunan: MSK seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərdi
Hazırda oxunan: MSK seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərdi
211758
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.