Putinin səfir təyin etdiyi azərbaycanlı jurnalist kimdir? – DOSYE

Hazırda oxunan: Putinin səfir təyin etdiyi azərbaycanlı jurnalist kimdir? – DOSYE

211313

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Azərbaycanəsilli rusiyalı teleaparıcı İradə Zeynalovanı səfir təyin edib.

Bizim.Media İ.Zeynalovanın dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Putin İradə Zeynalovanı səfir təyin etdi - FOTO
 

İradə Aftandil qızı Zeynalova 1972-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində anadan olub. Atası Aftandil Isabalı oğlu azərbaycanlı, anası Galina Alekseevna isə rusdur.

Moskvanın 61 nömrəli məktəbində orta təhsilini başa vurub. 1995-ci ildə MATI (K.E. Tsiolkovski adına Rusiya Dövlət Texnoloji Universitetini) bitirib. Universiteti bitirdikdən sonra ABŞ-da təcrübə keçib.

1997-ci ildən başlayaraq Rusiyanın müxtəlif televiziya kanallarında işləyib. Əvvəlcə Vesti (RTR) proqramında redaktor vəzifəsində, həmçinin İngilis dilindən tərcüməçi kimi çalışıb, 2000-2003 cü illərdə "Vesti" və "Vesti Nedeli" proqramlarının müxbiri olub.

2016-cı ildə teleaparıcı Rusiyanın Birinci Kanaldan NTV kanalına keçib. 4 dekabr 2016-cı ildən etibarən bu kanalda "İradə Zeynalova ilə həftənin nəticələri" xəbər və analitik proqramının aparıcısı olub.

21 iyul 2017-ci il tarixindən etibarən Yegor Kolyvanov və Sergey Malozyomovla birlikdə “Vladimir Putinlə ciddi söhbət” verilişinin moderatorudur.

İradə Zeynalova 2006-cı ildə II dərəcəli “Vətənə xidmətə görə”, 2014-cü ildə isə I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ailəlidir, bir övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin