14 may 2021-ci il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.
Azərbaycan XİN Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.Bu kimi gərginliklərin diplomatik yolla və danışıqlar vasitəsilə həllinin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğulayıb.
O, sərhəddə yaşanan gərginliyin qısa müddət ərzində həlli üçün bir neçə saat ərzində AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin bölgəyə ezam edildiyini və qarşı tərəflə danışıqların aparıldığını həmsöhbətin diqqətinə çatdırıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:57 / 14.05.2021
Ceyhun Bayramov və ABŞ-ın Dövlət Katibliyinin rəsmisi sərhəddəki vəziyyəti müzakirə etdi
Hazırda oxunan: Ceyhun Bayramov və ABŞ-ın Dövlət Katibliyinin rəsmisi sərhəddəki vəziyyəti müzakirə etdi
Hazırda oxunan: Ceyhun Bayramov və ABŞ-ın Dövlət Katibliyinin rəsmisi sərhəddəki vəziyyəti müzakirə etdi
21116
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.