Ermənistanla sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Real Tv”yə müsahibəsində deyib.
O bildirib ki, sülh sazişi bütöv sənəddir: “Ona görə də bütün bəndlərin razılaşdırılmasına ehtiyac var. Amma ümumilikdə irəliləyiş var”.
A.Hacızadə qeyd edib ki, sülh sazişinə mane olan əsas məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarıdır: "Həmçinin, bildirim ki, Azərbaycan konstitusiyasında heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur".
Nazirlik rəsmisi onu da bildirib ki, rəsmi Bakı regionda kommunikasiyaların açılmasında maraqlıdır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:44 / 12.09.2024
Rəsmi Bakıdan Ermənistanla sülh sazişi ilə bağlı MÜHÜM AÇIQLAMA
Hazırda oxunan: Rəsmi Bakıdan Ermənistanla sülh sazişi ilə bağlı MÜHÜM AÇIQLAMA
Hazırda oxunan: Rəsmi Bakıdan Ermənistanla sülh sazişi ilə bağlı MÜHÜM AÇIQLAMA
211106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.